16 May 2022-ci il

Əsas Səhifə Webmail


ELANLAR

11px13px15px17px
3/2/2014 Sosial Xidmətlər Agentliyi


Sosial Xidmətlər Agentliyinin müharibədən zərərçəkənlər üçün onlayn

“Psixoloji dəstək xətti” fəaliyyətə başladı

Bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müharibədən zərər çəkən vətəndaşlar üçün onlayn “Psixoloji dəstək xətti” (050 406 75 85) fəaliyyətə başlayıb.

Psixoloji dəstək xəttinin açılmasında məqsəd müharibədən zərər çəkən insanlara operativ psixoloji yardımın göstərilməsidir. Agentliyin psixoloq və psixiatrları tərəfindən göstəriləcək yardım onlayn şəkildə həyata keçiriləcək. Belə ki, mütəxəssislər vətəndaşlara həm telefon zəngi vasitəsilə səsli, həm də videogörüntü (“ZOOM” və digər proqramlar vasitəsilə) formasında dəstək olacaqlar.

Qeyd olunan telefon nömrəsinə zəng edən vətəndaş ona göstəriləcək psixoloji dəstəyin formasını (telefon danışığı və ya videogörüntü) özü seçəcək.

Vətəndaşın müraciəti qeydiyyata alındıqdan sonra aidiyyəti üzrə yönləndiriləcək. Mütəxəssislərdən ibarət xüsusi qrup müraciəti araşdırdıqdan sonra vətəndaşa məhz hansı istiqamətdə yardım göstəriləcəyinə qərar verərək, onunla əlaqə yaradacaq.

“Psixoloji dəstək xətti” möhtəşəm Qələbəmizlə başa çatan Vətən müharibəsinin iştirakçıları olan hərbçilər, onların yaxınları, şəhid ailələri və eləcə də düşmənin terror hücumları nəticəsində yaxınları həlak olan, dərin sarsıntı keçirən insanlara fasiləsiz və sürətli psixoloji xidməti təmin edəcək.

Əlil Təşkilatları İttifaqı

Mətbuat Xidməti

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 12415 dəfə oxunub




Flag Counter






» 16/5/2022- Öyrən, əylən, peşəni seç! Peşələr festivalı başlayıb

» 15/5/2022- “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

» 14/5/2022- Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

» 13/5/2022- Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

» 12/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 145/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/5/2022- Ümummilli Lider Heydər Əliyev - 99

» 10/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/5/2022- Son nəsil protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirildi

» 6/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 5/5/2022- Bu il 10 mindən çox, son 3 ildə 155 min şəxsə əlillik təyin olunub

» 5/5/2022- 5 may- beynəlxalq əlilliyi olan insanların hüquqlarının müdafiəsi günü

» 5/5/2022- “Əmək və Məşğulluq” altsistemi istifadəyə verildi

» 4/5/2022- DOST Agentliyi daha 3 beynəlxalq mükafatla təltif edildi

» 4/5/2022- Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq mükafata layiq görüldü

» 4/5/2022- 50 avtomobil Vətən müharibəsi əlillərinə təqdim edildi

» 4/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/5/2022- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər.