XƏBƏRLƏR




- 6. Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin Nizamnaməsi, 1997-ci il
- Tibbi, sosial-əmək ekspertizası sahəsində Ali ekspertiza işlərini həyata keçirmək;
- Əlilliyi doğuran faktorların öyrənilməsi və əlilliyin profilaktikası, əlillərin reabilitasiyası üçün müvafiq tədbirlər işləyib hazırlamaq;
- İlkin Tibbi-Sosial Ekspert Komissiyalarına metodiki və praktiki köməklik göstərmək, onların fəaliyyətinə nəzarət etmək;
- Mərkəzdə müayinə olunan şəxslərin peşə yönümünü müəyyən etmək və onlara psixoloji-reabilitaiya yardımı göstərmək;
- Ekspert-reabilitasiya diaqnostikası prinsiplərini və metodlarını ilkin TSEK-lərin işində tətbiq etmək;
- İlkin TSEK-lərin məlumatları əsasında vahid informasiya bankı yaratmaq.
- Mürəkkəb ekspertiza hallarında ilkin Tibbi-Sosial Ekspert Komissiyalarına şifahi və yazılı məsləhət vermək, lazım gəldikdə əyani müayinə əsasında qərar qəbul etmək;
- İlkin TSEK-lərin qərarından narazı olan vətəndaşları şikayət qaydasında müayinə edib qərar vermək;
- İlkin əlilliyi nəzarət qaydasında təsdiq etmək;
- İLkin Komissiyaların əsassız hesab edilən qərarlarını dəyişdirmək;
- Tibbi-Sosial Ekspertiza və reabilitasiya problemlərinə dair konfrans, seminar və müşavirələr keçirilməsini təşkil etmək;
- Mərkəzin profil üzrə xarici ölkələrin qabaqcıl təcrübələrini öyrənmək və tibbi, sosial ekspertiza sistemini müntəzəm olaraq təkmilləşdirmək məqsədi ilə təkliflər hazırlamaq;
- İlkin TSEK-lərin fəaliyyətinə nəzarət etmək;
- Mülkiyyət formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatlardan tibbi-sosial ekspertiza üçün lazım olan məlumatları almaq;
- Əlilləri müayinə məqsədilə səhiyyə müəssisələrinə və reabilitasiya mərkəzlərinə göndərmək;
- İlkin TSEK-lərin qərarını ləğv etmək;
- İlkin TSEK-lərin tərtib etdiyi fərdi bərpa proqramlarının icrasına nəzarət etmək;
- Öz xidməti sahəsini dövlət, məhkəmə orqanlarında, ictimai və digər təşkilatlarda təmsil etmək;
- Nazirliyin rəhbərliyi ilə razılaşmaqla tibbi-sosial ekspertiza problemlərinə dair müşahidələr, simpoziumlar, seminarlar keçirmək və dəvət olunduqda xarici ölkələrdə təşkil edilmiş müvafiq tədbirlərdə iştirak etmək.
- Mərkəzin strukturu, işçilərin sayı, ştat cədvəli və xərclər smetası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilir;
- Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə Mərkəzin direktoru (Ali Nəzarət Komissiyasının sədri) rəhbərlik edir, Mərkəzin direktoru Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri tərəfindən işə təyin və azad edilir;
- Mərkəz 2 şöbədən idarətdir:
- Respublikada Ali Ekspertiza xidmətinin təşkil edilməsinə və həyata keçirilməsinə şəxsən məsuliyyət daşıyır.
- mövcud qanunvericiliyə uyğun öz səlahiyyətləri çərçivəsində əmr və sərəncam verir, mərkəzi başqa müəssisə, idarə və təşkilatlarla təmsil edir.
- Mərkəzin həkimlərinin işə qəbul olunması üçün nazirliyə təqdimat verir, mərkəzin digər personalını işə qəbul və azad edir;
- ilkin pillə (Zona) TSEK-lərinin orta və kiçik tibb işçilərini, sürücülərini işə qəbul və işdən azad edir;
- ilkin pillə (Zona) TSEK-lərinin Səyyari müayinə iclaslarının qrafikini və tərkibini təsdiq edir;
- qanunvericilikdə nəzərdə tutulan qaydada Mərkəzin maliyyə vəsaitinin istifadə edilməsinə sərəncam verir.
- - 7. Səhiyyə Nazirliyi “Məhkəmə -tibbi ekspertiza və pataloji anatomiya” elmi-təcrübi və tədris birliyində məhkəmə psixiatrik və məhkəmə narkoloji xidmətləri haqqinda Əsasnamə, 1996-cı il
- - 6. Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin Nizamnaməsi, 1997-ci il
- - 5. Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsi, həmin şəxslərin işlə təmin edilmədikləri aylar üzrə hər iş yeri üçün Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürülməməsi, habelə məşğulluğun təmin edilməsi sahəsində məlumatın, hesabatın verilməməsi ilə əlaqədar tərtib edilən sənədlərin rekvizitləri və onlardan istifadə Qaydaları, 2005-ci il
- - 4. Keçmiş hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi barədə Təlimat, 1998-ci il
- - 3. Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının Qərarı, 2011-ci il
- - 2. Tək ahil vətəndaşlara və əlillərə evlərində sosial məişət xidmətinin göstərilməsinə dair Təlimat, 1997-ci il
- - 1. Aztəminatli ailələrin uşaqlarina müavinətlərin təyin edilməsi və verilməsi qaydalari haqqinda Təlimat, 1999-cu
- - Digər dövlət qurumlarının qərarları
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeydə almışdır qeydiyyat № 69 05.11 1997-ci il tarixli
Nazir əvəzi S. Həsənova |
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 32-13 nömrəli 07.10.1997-ci il tarixli qərarı ilə təsdiq edilmişdir
Nazir Ə. Nağıyev |
Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin
NİZAMNAMƏSİ
I. ÜMUMİ MÜDDƏALAR.
1.1. Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi (bundan sonra “Mərkəz”) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində yaradılan, əhalinin tibbi, sosial-əmək ekspertizası sahəsində Ali ekspetiza işlərini həyata keçirən, ilkin pillə tibbi-sosial eksperti komissiyalarının fəaliyyətinə nəzarət və metodiki rəhbərlik edən təşkilatdır.
1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Milli Məclisinin qərarlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmr, qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnaməni, bu Nizamnaməni və digər normativ-hüquqi aktları rəhbər tutur.
1.3. Mərkəz dövlət büdcəsi hesabına maliyyələşdirilir;
1.4. Mərkəz işçilərinin əməyinin ödənilməsi şərtilə Vahid Tarif Cədvəli əsasında tənzimlənir;
1.5. Mərkəz öz fəaliyyətini aidiyyatı üzrə müxtəlif Nazirlik, idarə, müəssisə və təşkilatlarla sıx əlaqədə həyata keçirir;
1.6. Mərkəz öz fəaliyyəti haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hesabat verir.
II. ƏSAS VƏZİFƏLƏR.
Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin əsas vəzifələri aşağıdakılardan ibarətdir:
III. MƏRKƏZİN FUNKSİYALARI.
IV. MƏRKƏZİN HÜQUQLARI.
Öhdəsinə düşən funksiyaların təmin edilməsi məqsədi ilə Mərkəz aşağıdakı hüquqlara malikdir:
V. MƏRKƏZİN STRUKTURU.
1. Tibbi-sosial ekspertiza şöbəsi.
Şöbə - şöbə müdirindən (Mərkəzin direktorunun müavini) və həkim-ekspertlərdən təşkil olunur.
2. Funksional - diaqnostika şöbəsi:
Şöbə müdirindən və həkim-ekspert funksionalistlərindən təşkil olunur.
Mərkəz öz fəaliyyəti zamanı aşağıdakı komissiyaları təşkil edir:
a) Ali Nəzarət Komissiyası - daimi fəaliyyət göstərən, dəyişkən tərkibli komissiyadır, 3 nəfərdən - komissiyanın sədri (Mərkəz direktoru) və xəstənin profilinə uyğun 2 həkim ekspertdən təşkil olunur. Əlilləri nəzarət və şikayət qaydasında müayinə edir. Komissiyanın üzərində Ali Nəzarət Komissiyası yazılmış dairəvi möhürü və ştampı vardır.
b) Səyyari Ali Nəzarət Komissiyası - dövri olaraq fəaliyyət göstərən dəyişkən tərkibli komissiya olmaqla, nazirliyin əmrilə yaradılır, yerlərdə ilkin TSEK-lərin fəaliyyətini nəzarət qaydasında yoxlayır və onlara metodiki köməklik göstərir. Komissiyanın üzərində Səyyari Ali Nəzarət Komissiyası yazılmış dairəvi möhürü və ştampı vardır;
5.5. Mərkəzin direktoru:
5.6. Mərkəzin direktoru işdə olmadığı hallarda onun funksiyasını direktor müavini (ekspertiza şöbəsinin müdiri) həyata keçirir.
Bu xəbər 16118 dəfə oxunub