25 Sentyabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
03/12/2011 Həftə içi


Hazırda Azərbaycanda rəsmi qeydiyyatda olan fiziki qüsurlu əlillərin sayı 488 min 551 nəfərdir. Bu əlillərin təxminən 60 min nəfərə yaxını uşaqların payına düşür. Bunu 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə "Əlilliyi olan insanların təhsil və əmək hüquqları" mövzusunda keçirilən konfransda Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli söyləyib. Son illərdə ölkədə əlilliyin qarşısının alınması məqsədilə müxtəlif proqramların keçirildiyini deyən Davud Rəhimlinin sözlərinə görə, hazırda müvafiq dövlət qurumları fiziki qüsurlu şəxslərin hüquqlarının qorunması sahəsində də müxtəlif tədbirlər həyata keçirir.
   
      
   Əlil Təşkilatları İttifaqının sədri onu da qeyd edib ki, dünya ölkələrinin əksəriyyətində əlillərin sayı ölkə əhalisinə nisbətdə 10-15 faiz təşkil etdiyi halda Azərbaycanda bu göstərici 5 faizdən artıq deyil. Bu statistikanın Azərbaycan üçün o qədər də təhlükəli olmadığını deyən Davud Rəhomli deyib ki, hazırda ölkəmizdə əlil insanların ən vacib problemlərindən biri təhsillə bağlıdır. Onun sözlərinə görə, hazırda Azərbaycanda rəsmi qeydiyyatda olan 60 minə yaxın əlil uşaqların yalnız 7 min nəfərə yaxını təhsillə əhatə olunub. Bundan başqa, fiziki sağlamlığı məhdud olan uşaqlardan 268-i inklüziv təhsilə cəlb edilib.
   
   Bununla belə, təşkilat rəhbəri hesab edir ki, əlil uşaqların sayı ilə müqayisədə təhsilə cəlb olunanların sayı çox azdır. Bunu bir neçə mühüm səbəblə əlaqələndirən Davud Rəhimlinin fikrincə, "Təhsil haqqında" qanunda fiziki sağlamlığı məhdud olan məktəb yaşlı əlillərin təhsilə cəlb edilməsi ilə bağlı xeyli qüsurlar var: "Ölkə üzrə əlil uşaqların sayı ilə təhsilə cəlb olunan fiziki qüsurlu uşaqların sayının əhəmiyyətli şəkildə aşağı olmasının obyektiv və subyektiv səbəbləri var. Ancaq bizi narahat edən məsələ bu səbəblərin aradan qaldırılması üçün ciddi tədbirlərin görülməməsi və ya bu istiqamətdə az çalışmalardır. Çünki Milli Məclisin qəbul etdiyi "Təhsil haqqında" qanunda inklüziv təhsillə bağlı məqamlar istənilən səviyyədə deyil. Bu sahədəki qanunvericilik aktlarında beynəlxalq konvensiyalara uyğun çox ciddi addımlar atılmalıdır".
   
   Davud Rəhimli onu da bildirib ki, orta məktəblərin inşası zamanı qurulmuş infrastruktur əlil uşaqların dərs keçməsinə problem yaradır. Onun sözlərinə görə, hətta yeni inşa olunan təhsil müəssisələrində də əlil uşaqlarla bağlı məqam nəzərə alınmayıb: "Əlillərlə bağlı ikinci mühüm məsələ işləmək qabiliyyəti olanların məşğulluq problemidir. Hesab edirik ki, bu problem vacibliyinə və əhatə dairəsinə görə əlil uşaqların təhsili məsələsindən sonra ikinci yerdədir. Təəssüf ki, şəhərlərimizin, kəndlərimizin infrastrukturu formalaşdırılan zaman əlillər nəzərə alınmayıb. Belə olan halda əlillərin cəmiyyətdəki proseslərdə iştirakı tam təmin olunmur".
   
   Əlil Təşkilatları İttifaqının sədri infrastrukturu formalaşdıran zaman əlillərin nəzərə alınmasından da gileylənib. O qeyd edib ki, sosial infrastrukturun formalaşdırılması zaman əlilliyi olan insanların da nəzərə alınması barədə təlimat hazırlanıb. Onun sözlərinə görə, bu sənəd Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ombudsman Aparatına və digər aidiyyəti qurumlara təqdim olunub: "Təəssüf ki, bu uyğunlaşma işləri bəzən nəzərə alınmır".
   
   Xatırladaq ki, "Əlilliyi olan insanların təhsil və əmək hüquqları" mövzusunda keçirilən konfransın təşkilatçısı Dünyaya Baxış Beynəlxalq Təşkilatı və Əlil Təşkilatları İttifaqıdır. Konfransın keçirilməsində əsas məqsəd Azərbaycanda əlilliyi olan insanların təhsil, əmək və sosial hüquqlarının qorunması, bu sahədə həyata keçirilən layihələr və proqramların icrasını müzakirə etməkdir. Tədbirdə Azərbaycanın BMT-nin Əlilliyi Olan İnsanların Hüquqlarının Beynəlxalq Müdafiəsi Konvensiyasına qoşulduğu və son illər bu sahəyə xüsusi diqqət ayrıldığı bildirilib. Konfransda Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların dəstəyi ilə əlillərin reabilitasiyasını daha yüksək səviyyədə təşkil olunduğu, dövlət qurumlarının nəzdində reabilitasiya mərkəzlərinin yaradıldığı da qeyd olunub. Konfransda Milli Məclis üzvləri, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ombudsman Aparatı və BMT agentlikləri nümayəndələri və digər beynəlxalq təşkilatlar iştirak edib.



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3250 dəfə oxunub




Flag Counter






» 21/9/2022- “20 Yanvar” İB-i “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlayıb

» 20/9/2022- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi İkinci Şəhidlər xiyabanını ziyarət edib

» 20/9/2022- "Əhalinin həssas qruplarından olan sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə innovativ dərnəklərin yaradılması” layihəsinin icrasını davam edir

» 20/9/2022- “Gənclərin Karyera və Təcrübə Mərkəzi” adlı layihə yekunlaşdı.

» 20/9/2022- “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb.

» 19/9/2022- “İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə layihənin icrasına başlamışdır.

» 16/9/2022- Əlillərin sosial müdafiəsinin gücləndirilməsi, əlillərin bilik və bacarıqlarından səmərəli istifadə adlı layihəsinin icrasına başlayıb.

» 15/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/9/2022- Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətlərində genişmiqyaslı təxribatı ilə əlaqədar B Ə Y A N A T I

» 12/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/9/2022- “Əlilliyi olan şəxslərin iqtisadi aktivliyinin dəstəklənməsi: sahibkarlıq təşəbüslərinin təşviqi və mövcud mexanizmlərdən yararlanma bacarıqlarının artırılması” layihəsi

» 10/9/2022- Göz dağına çevrilən işləməyən eskalatorlar

» 10/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/9/2022- 8 ayda 65 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 9/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/9/2022- 8 ayda 65 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 8/9/2022- DOST İş Mərkəzi ilk dəfə olaraq TV sahəsi üzrə birgə layihəyə başlayıb

» 7/9/2022- “Azərbaycanda pensiya islahatlarına dəstək” tvinninq layihəsinin ikinci mərhələsinə başlanıb

» 6/9/2022- Birdəfəlik ödəmə təyin olunan müharibə əlillərinin sayı artıq 14 mini ötüb