26 Sentyabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
12/1/2012 QHTXEBER.AZ


qhtxeber.az// Dünyaya Baxış Beynəlxalq Təşkilatı və Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Beynəlxalq əlilliyi olan insanlar günü" münasibəti ilə "Əlilliyi olan insanların təhsil və əmək hüquqları" mövzusunda konfrans keçirilib.  
qhtxeber.az-ın məlumatına görə, konfransı giriş sözü ilə açan Dünyaya Baxış Beynəlxalq Təşkilatının direktoru Qiorqi Devidze konfransın keçirilməsinin məqsədi haqqında məlumat verib. Deyib ki, 03 Dekabr tarixi Birləşmiş Millətlər Təşkilatı tərəfindən beynəlxalq əlilliyi olan insanlar günü kimi qeyd olunur və Azərbaycan BMT-nin "Əlilliyi olan insanların hüquqları" adlı konvensiyaya qoşulmuşdur. Əlilliyi olan insanlar günü bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd olunur və bu gün ölkəmizdə 480 000 əlil insan var. Onun sözlərinə görə əlilliyi olan insanların əmək və təhsil hüquqları bu gün diqqət mərkəzində olan məsələdir. Sonra Dünyaya Baxış Beynəlxalq Təşkilatının sosial inteqrasiya proqramının rəhbəri Fəridə Əmirova və Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının sədri Davud RƏHİMLİ öz növbəsində əlil insanların təhsil, əmək və sosial hüquqlarının qorunması və cəmiyyətə inteqrasiya olunması ilə bağlı işlərin görülməsini vacib hesab etmişlər və bu sahədə aparılan islahatları qeyd ediblər.

Konfransda mövzu ilə bağlı ilə təqdimat edən Təhsil və Tədrisə Yardım Mərkəzinin proqram rəhbəri Lamiyə Şərəfxanova və Müstəqil Həyat, İnkişaf və Dəstək Mərkəzinin rəhbəri Aydın Xəlilov Azərbaycanda əlillərin təhsil və əmək hüquqları ilə bağlı statistik məlumatlar və onlar üçün yaradılan mərkəzlər haqqında məlumat veriblər.

Konfransda çıxış edən Müəllimlər İnstitutunun direktoru, Milli Məclisin üzvü Aqiyə Naxçıvanlı, OMBUDSMAN aparatından Yeganə Cəfərova, Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından Gülnarə Hüseynova və digər rəsmi qonaqlar mövzu ilə bağlı fikirlərini bildiriblər.

Qeyd edək ki, konfransda, BMT-nin Uşaq Təşkilatı (UNİCEF), Amerika Hüquqşünaslar Assosiasiyası və digər beynəlxalq təşkilatlar iştirak edib.

Konfransdan sonra Dünyaya Baxış Beynəlxalq Təşkilatının təşkilatçılığı ilə əlil uşaqların sərgisi keçirilib və əlil uşaqlar üçün konfrans proqramı təşkil olunub.



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 4729 dəfə oxunub




Flag Counter






» 21/9/2022- “20 Yanvar” İB-i “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlayıb

» 20/9/2022- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi İkinci Şəhidlər xiyabanını ziyarət edib

» 20/9/2022- "Əhalinin həssas qruplarından olan sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə innovativ dərnəklərin yaradılması” layihəsinin icrasını davam edir

» 20/9/2022- “Gənclərin Karyera və Təcrübə Mərkəzi” adlı layihə yekunlaşdı.

» 20/9/2022- “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb.

» 19/9/2022- “İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə layihənin icrasına başlamışdır.

» 16/9/2022- Əlillərin sosial müdafiəsinin gücləndirilməsi, əlillərin bilik və bacarıqlarından səmərəli istifadə adlı layihəsinin icrasına başlayıb.

» 15/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/9/2022- Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətlərində genişmiqyaslı təxribatı ilə əlaqədar B Ə Y A N A T I

» 12/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/9/2022- “Əlilliyi olan şəxslərin iqtisadi aktivliyinin dəstəklənməsi: sahibkarlıq təşəbüslərinin təşviqi və mövcud mexanizmlərdən yararlanma bacarıqlarının artırılması” layihəsi

» 10/9/2022- Göz dağına çevrilən işləməyən eskalatorlar

» 10/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/9/2022- 8 ayda 65 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 9/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/9/2022- 8 ayda 65 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 8/9/2022- DOST İş Mərkəzi ilk dəfə olaraq TV sahəsi üzrə birgə layihəyə başlayıb

» 7/9/2022- “Azərbaycanda pensiya islahatlarına dəstək” tvinninq layihəsinin ikinci mərhələsinə başlanıb

» 6/9/2022- Birdəfəlik ödəmə təyin olunan müharibə əlillərinin sayı artıq 14 mini ötüb