04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
5/12/2011 KIV və Media haqqımızda


 

Yerləşdirilib: 05.12.11 | Baxılıb: 3

qhtxeber.az// Dünyaya Baxış Beynəlxalq Təşkilatı və Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Beynəlxalq əlilliyi olan insanlar günü" münasibəti ilə "Əlilliyi olan insanların təhsil və əmək hüquqları" mövzusunda konfrans keçirilib.  
qhtxeber.az-ın məlumatına görə, konfransı giriş sözü ilə açan Dünyaya Baxış Beynəlxalq Təşkilatının direktoru Qiorqi Devidze konfransın keçirilməsinin məqsədi haqqında məlumat verib. Deyib ki, 03 Dekabr tarixi Birləşmiş Millətlər Təşkilatı tərəfindən beynəlxalq əlilliyi olan insanlar günü kimi qeyd olunur və Azərbaycan BMT-nin "Əlilliyi olan insanların hüquqları" adlı konvensiyaya qoşulmuşdur. Əlilliyi olan insanlar günü bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd olunur və bu gün ölkəmizdə 480 000 əlil insan var. Onun sözlərinə görə əlilliyi olan insanların əmək və təhsil hüquqları bu gün diqqət mərkəzində olan məsələdir. Sonra Dünyaya Baxış Beynəlxalq Təşkilatının sosial inteqrasiya proqramının rəhbəri Fəridə Əmirova və Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimov öz növbəsində əlil insanların təhsil, əmək və sosial hüquqlarının qorunması və cəmiyyətə inteqrasiya olunması ilə bağlı işlərin görülməsini vacib hesab etmişlər və bu sahədə aparılan islahatları qeyd ediblər.

Konfransda mövzu ilə bağlı ilə təqdimat edən Təhsil və Tədrisə Yardım Mərkəzinin proqram rəhbəri Lamiyə Şərəfxanova və Müstəqil Həyat, İnkişaf və Dəstək Mərkəzinin rəhbəri Aydın Xəlilov Azərbaycanda əlillərin təhsil və əmək hüquqları ilə bağlı statistik məlumatlar və onlar üçün yaradılan mərkəzlər haqqında məlumat veriblər.

Konfransda çıxış edən Müəllimlər İnstitutunun direktoru, Milli Məclisin üzvü Aqiyə Naxçıvanlı, OMBUDSMAN aparatından Yeganə Cəfərova, Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından Gülnarə Hüseynova və digər rəsmi qonaqlar mövzu ilə bağlı fikirlərini bildiriblər.

Qeyd edək ki, konfransda, BMT-nin Uşaq Təşkilatı (UNİCEF), Amerika Hüquqşünaslar Assosiasiyası və digər beynəlxalq təşkilatlar iştirak edib.

Konfransdan sonra Dünyaya Baxış Beynəlxalq Təşkilatının təşkilatçılığı ilə əlil uşaqların sərgisi keçirilib və əlil uşaqlar üçün konfrans proqramı təşkil olunub.

  

Davam.az

Azərbaycanda 488 min 551 nəfər əlil kimi qeydiyyatdan keçib

02.12.2011 [12:17] - Sosial

Onlardan 60 minə yaxını uşaqdır

Hazırda Azərbaycanda 488 min 551 nəfər əlil kimi qeydiyyatdan keçib. Onlardan 60 minə yaxını uşaqlardır. Bunu Azərbaycan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli deyib.

Onun sözlərinə görə, dünyanın əksər ölkələrində əlillərin sayı yerli əhali ilə nisbətdə 10-15 faiz olduğu halda, Azərbaycanda bu rəqəm 5 faizdən artıq deyil: “Bu sevindirici haldır”.

İttifaq sədri dövlət qurumları tərəfindən əlillərin hüquqları və reabilitasiyası ilə bağlı müvafiq işlərin görüldüyünü bildirib: “Əlbəttə, hökumət əlillərin reabilitasiyası ilə bağlı müvafiq işlər həyata keçirir. Bu yöndə mərkəzlər, internat məktəblər fəaliyyət göstərir. Lakin reabilitasiyada yalnız tibbi istiqamət nəzərdə tutulur. Bu isə düzgün deyil. Təəssüf ki, ölkədəki reabilitasiyanı tam mənada özündə əks etdirən mərkəzlər fəaliyyət göstərmir. Reabilitasiya çox geniş bir məfhumdur, burada insanla bağlı bir çox məqamlar yer almalıdır. Təqdirəlayiq haldır ki, Milli Məclisdə bununla bağlı qanunvericilikdə dəyişikliklər olunması nəzərdə tutulur”.

D. Rəhimli onu da deyib ki, sədri olduğu təşkilat Dövlət Arxitektura Komitəsinə və Ombudsmana şəhərsalmada, tikinti işləri aparılan zaman əlillərin nəzərə alınması barədə təlimat təqdim edib.

 

 

“Əlilliyi olan insanların təhsil və əmək hüquqları” mövzusunda konfrans keçirilmişdir -A +A

2011-12-02 10:58:00

02.12.2011 [10:58]

“Əlilliyi olan insanların təhsil və əmək hüquqları” mövzusunda konfrans keçirilmişdir

Dekabrın 2-də Bakıda “Əlilliyi olan insanların təhsil və əmək hüquqları” mövzusunda konfrans keçirilmişdir. 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə keçirilən konfrans Azərbaycan

Bakı, 2 dekabr (AzərTAc). Dekabrın 2-də Bakıda “Əlilliyi olan insanların təhsil və əmək hüquqları” mövzusunda konfrans keçirilmişdir.
3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə keçirilən konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Dünyaya Baxış Beynəlxalq Təşkilatı və Əlil Təşkilatları İttifaqı tərəfindən təşkil olunmuşdur.
AzərTAc xəbər verir ki, tədbirin məqsədi müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə birgə Azərbaycanda əlilliyi olan insanların təhsil, əmək və sosial hüquqlarının qorunmasını, bu sahədə həyata keçirilən layihələrin və proqramların icrasını müzakirə etməkdir.
Konfransın açılışında Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı və başqaları çıxış edərək konfransın əhəmiyyətindən, əlillərin hüquqlarının qorunmasından, bu sahədə görülən işlərdən, gələcək tədbirlərdən, onlara göstərilən dövlət qayğısından danışmışlar. Bildirilmişdir ki, 3 dekabr – Beynəlxalq Əlillər Günü bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd olunur. Ölkəmizdə əlillər dövlət qayğısı ilə əhatə olunmuşdur. Əlil insanların təhsil, əmək və sosial hüquqlarının qorunması, eləcə də onların cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzindədir.
Konfrans çərçivəsində əlil uşaqların əl işləri və rəsm əsərləri sərgilənmişdir.
Tədbirdə hökumət, QHT və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

[ 02 Dekabr 2011 11:07 ]
Onlardan 60 minə yaxını uşaqdır

Bakı. Ramil Məmmədli - APA. Hazırda Azərbaycanda 488 min 551 nəfər əlil kimi qeydiyyatdan keçib. Onlardan 60 minə yaxını uşaqlardır. APA-nın xəbərinə görə, bunu Azərbaycan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli deyib.

Onun sözlərinə görə, dünyanın əksər ölkələrində əlillərin sayı yerli əhali ilə nisbətdə 10-15 faiz olduğu halda, Azərbaycanda bu rəqəm 5 faizdən artıq deyil: “Bu sevindirici haldır”.

İttifaq sədri dövlət qurumları tərəfindən əlillərin hüquqları və reabilitasiyası ilə bağlı müvafiq işlərin görüldüyünü bildirib: “Əlbəttə, hökumət əlillərin reabilitasiyası ilə bağlı müvafiq işlər həyata keçirir. Bu yöndə mərkəzlər, internat məktəblər fəaliyyət göstərir. Lakin reabilitasiyada yalnız tibbi istiqamət nəzərdə tutulur. Bu isə düzgün deyil. Təəssüf ki, ölkədəki reabilitasiyanı tam mənada özündə əks etdirən mərkəzlər fəaliyyət göstərmir. Reabilitasiya çox geniş bir məfhumdur, burada insanla bağlı bir çox məqamlar yer almalıdır. Təqdirəlayiq haldır ki, Milli Məclisdə bununla bağlı qanunvericilikdə dəyişikliklər olunması nəzərdə tutulur”.

D. Rəhimli onu da deyib ki, sədri olduğu təşkilat Dövlət Arxitektura Komitəsinə və Ombudsmana şəhərsalmada, tikinti işləri aparılan zaman əlillərin nəzərə alınması barədə təlimat təqdim edib.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3604 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü