24 Fevral 2024-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
9/11/2023 Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.


 

QHT-lər Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər

Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

 

 

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Zəfər günü münasibətilə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti

 

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

İlk dəfə olaraq Azərbaycan böyük təntənə, ruh yüksəkliyi ilə Zəfər gününü respublikanın tam suverenliyi və ərazi bütövlüyü şəraitində qeyd edir.

Azərbaycan Bayrağının Şuşada, Xankəndində, Xocalıda dalğalanması tarixə əbədi həkk olan böyük xoşbəxtlikdir. Bu, müstəqil Azərbaycan dövlətinin həyatında tamamilə yeni səhifənin açılmasıdır. Biz bu möhtəşəm tarixi günlərin xoş həyəcanı, sevinci, bəxtiyarlığı içərisindəyik.

Siz Azərbaycan xalqını ən böyük arzusuna çatdırmış milli lidersiniz. Nəyi, nə vaxt və necə etmək lazım olduğunu Siz öz əməli fəaliyyətinizlə hər dəfə sübut edirsiniz. Qazanılan nəhəng uğurların hansı əziyyət, zəhmət, fədakarlıq nəticəsində başa gəldiyi göz qarşısındadır. Siz bütün təzyiqlərə, çətinliklərə rəğmən Azərbaycanı sabitlik, inkişaf adası kimi yalnız irəliyə aparırsınız, şöhrətini dünyaya yayırsınız.  

20 ildir ki, Azərbaycan xalqı keçirilmiş bütün prezident seçkilərində öz taleyini yalnız Sizə etibar edib.

Bu gün Cənubi Qafqaza yaxın regionları – Yaxın Şərqi, Ukraynanı sonu görünməyən müharibələr bürüyüb, ölkələr onilliklərlə geri düşüb. 2020-ci ildə cəmi 44 günə Siz tarixi Zəfərə imza atdınız, Azərbaycan Ordusu Sizin liderliyinizlə hərbi dərsliklərə düşən döyüş əməliyyatları apardı.

2023-cü ilin 19-20 sentyabr antiterror tədbirləri isə cəmi 23 saat 51 dəqiqə sürdü. Ermənistan Ordusunun qalıqları məhv edildi, qanunsuz hərbi rejimin xunta başçıları diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu.

 

Siz Azərbaycan xəritəsindəki qara ləkəni sildiniz, uydurulmuş Dağlıq Qarabağ regionu keçmişdə qaldı.

Şəhidlərimizin qisası alındı. Övladını, yoldaşını, qardaşını, dostunu, əzizini itirən insanlar üçün bundan böyük təskinlik təsəvvür etmək mümkün deyil.

Azərbaycan xalqının qanını içənlər bu gün onun qarşısında törətdikləri bütün əməllərə görə cavab verir. Halbuki, elə zənn edirdilər ki, istədiklərini edəcəklər, onları mühakimə edən də olmayacaq. Bu gün müharibə cinayətkarları layiq olduqları yerdədir – Azərbaycan həbsxanalarında! Bu da Sizin siyasətinizin daha bir nəticəsidir!

 

Bu gün bütün Azərbaycanın üzü gülür. Bu gün şəhid övladlarının üzü gülür. Müstəqil Azərbaycan tarix boyu heç vaxt bu qədər güclü olmayıb. Bu, Sizin xidmətiniz, Sizin əsərinizdir, cənab Prezident! Bu, Ulu Öndər Heydər Əliyevin arzuladığı Azərbaycandır!

Zəngəzur, Göyçə, Dərələyəz, İrəvan – Qərbi Azərbaycan torpaqları, doğma yurd yerləri heç vaxt bu qədər yaxın olmayıb. Bu gün hər bir azərbaycanlı həmin yerlərə də dönəcəyi günü gözləyir. Biz Sizin liderliyinizlə Qərbi Azərbaycana da gedəcəyik!

Siz hər bir azərbaycanlının Prezidentisiniz! Biz - vətəndaş cəmiyyətinin üzvləri olaraq, Sizə olan dərin inamı, ümumxalq məhəbbətini hər zaman hər yerdə hiss edirik, görürük!

Xarici ölkələrdə Azərbaycanın adı böyük hörmətlə, iftixarla çəkilir. Ölkəmizə bu yüksək nüfuzu Sizin düşünülmüş siyasətiniz qazandırıb.

Əmin ola bilərsiniz ki, Azərbaycanın qeyri-hökumət təşkilatları bundan sonra daim dövlətinin yanında olacaq, Sizinlə olacaq!

 

Yolunuz yolumuzdur, cənab Prezident!

Zəfər bayramınız mübarək!

 

Əlil Təşkilatları İttifaqı

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 411 dəfə oxunub




Flag Counter






» 22/2/2024- Ötən il korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 21/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” adlı layihədə foks qrupları ilə görüş həyata keçirildi.

» 21/2/2024- Güzəştli şərtlərlə erkən pensiya hüququ verən peşə və vəzifələrin siyahısına son 2 ildə 65 yeni peşə və vəzifə əlavə edilib

» 19/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/2/2024- Prezident İlham Əliyevin yeni Sərəncamları şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinə yüksək qayğının daha bir təzahürüdür

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!