24 Fevral 2024-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
10/10/2023 QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR


 

QHT Agentliyi  2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

2024-CÜ İL QRANT MÜSABİQƏLƏRİ ELANI

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edir. 

Hər 3 müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2023-cü il noyabrın 10-də başlanacaq. Müraciət üçün son tarix 10 dekabr 2023-cü ildir. 

Bundan sonra QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. 

Müsabiqənin nəticələri 2024-cü ilin fevralında elan olunacaq.  

Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti:

•    Kiçik qrant müsabiqələri üzrə: 15000 manat  (icra müddəti 6 ayadək);

•    Orta qrant müsabiqəsi üzrə: 30000 manat (icra müddəti 9 ayadək);
•    Böyük qrant müsabiqəsi üzrə: 50000 manat (12 ayadək).

QHT geniş seçim imkanına malikdir, layihə təklifinin kiçik, orta, yoxsa böyük qrant müsabiqəsinə uyğunluğunu özü sərbəst müəyyən edir, hətta bütün müsabiqələrə uyğun fərqli layihələr təqdim etməkdə məhdudiyyət yoxdur. Lakin nəzərə alınmalıdır ki, Agentlik eyni QHT-nin təqvim ili ərzində kiçik, orta və böyük qrant müsabiqələri üzrə yalnız 1 layihəsini maliyyələşdirilə bilər. QHT-nin seçimini düzgün aparması, 1 layihə təklifi üzrə kiçik, orta və böyük qrant müsabiqələrindən yalnız birinə müraciət etməsi arzuolunandır. 

Müsabiqələr aşağıdakı kateqoriyalar üzrə mövzuları ehtiva edir:

A. Ətraf mühitin qorunması, sağlam və təhlükəsiz həyat, həssas qruplarla iş, sosial-iqtisadi inkişaf  

(Ekoloji məsələlərin həllinə kömək, sağlam və təhlükəsiz həyat tərzinin (narkomaniya, tütünçəkmə, yoluxucu xəstəliklər ilə mübarizə, yaşıl nəqliyyatın, “yaşıl düşüncə”nin inkişafı və s.) təşviqinə, həssas əhali qrupları (müharibə veteranları, şəhid ailələri, uşaqlar, qadınlar, ahıllar, əlillər, aztəminatlı ailələr və s.) ilə işə, məişət zorakılığının, məşğulluq probleminin (xüsusilə qadınların məşğulluğunun) və digər sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş təşəbbüslərə üstünlük verilir)

B. Cənubi Qafqazda sülh və etimad quruculuğu, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi

(Qarabağ və Şərqi Zəngəzurun potensialından səmərəli istifadəyə, Böyük Qayıdış nəticəsində doğma yurdlarına dönmüş sakinlərlə işə, Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin sürətləndirilməsinə, dinc birgəyaşayışın təşviqinə, beynəlxalq təşkilatlar üçün alternativ hesabatların hazırlanmasına dair təkliflərə üstünlük verilir);

C. İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə

(azərbaycanlı itkin, əsir və girovların taleyi ilə əlaqədar təşəbbüslərə, onların ailələri ilə işə, dünyanın müxtəlif ölkələrində bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının birgə müdafiəsinə dair təkliflərə, işğaldan azad edilmiş ərazilərin mina və PHS-dan təmizlənməsinə dəstək təkliflərinə, bu barədə əhalinin maarifləndirilməsi tədbirlərinə, mina qurbanları, onların ailələri ilə işə, BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri kimi “minasız dünya”nın müəyyənləşdirilməsi istiqamətində təşəbbüslərə üstünlük verilir)

D.    Qərbi Azərbaycana qayıdış prosesi 

(Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə dair təşəbbüslərə, xarici QHT-ləri tərəfdaşlığa cəlb etməklə, xarici ölkələrdə beynəlxalq tədbirlərin təşkili təkliflərinə, beynəlxalq qurumlar üçün hesabatların hazırlanması təşəbbüslərinə üstünlük verilir);

E.    Milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüslər 

(A, B, C, D kateqoriyaları üzrə mövzulardan kənarda qalan, milli, ictimai, beynəlxalq əhəmiyyətli digər bütün təşəbbüsləri əhatə edir. Təhsil, mədəniyyət, vicdan azadlığı, ana dilinin saflığının qorunması, korrupsiyaya qarşı mübarizəyə, ictimai nəzarətin və iştirakçılığın təşviqinə dair təşəbbüslərə üstünlük verilir). 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli, 327 nömrəli Qərarına uyğun olaraq müsabiqə üçün tələb olunan sənədlər: 

•    layihə təklifi (nümunə əlavə olunur -  kiçik,  orta,  böyük  qrantlar üzrə );

•    layihənin icra planı (nümunə əlavə olunur);
•    layihənin xərclər smetası (nümunə əlavə olunur);
•    layihə büdcəsinin maliyyə əsaslandırılması (orta və böyük qrant müsabiqələrinə təqdim edilən layihələrə münasibətdə) (nümunə əlavə olunur);
•    QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surətləri;
•    QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;
•    QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
•    qrant məbləğinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar;
•    orta və böyük qrant müsabiqələrinə münasibətdə layihə təqdim edən  QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulan qurumlardan qrant alıb-almaması haqqında məlumat   (nümunə əlavə olunur);
•    orta və böyük qrant müsabiqələrinə münasibətdə layihə təqdim edən QHT-nin müvafiq olaraq son 3 (üç) və ya 5 (beş) il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə müvafiq olaraq azı 10 (on) və ya 20 (iyirmi) informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd (nümunə əlavə olunur).

Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:

•    QHT-nin Nizamnamə məqsədlərinə uyğun olmayan layihələr;

•    məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 237 və 238 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr;
•    Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;
•    Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Agentlik tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş QHT-lərin layihələri. 

       Meyarlar

Texniki ekspertizadan keçdikdən sonra layihələr aşağıdakı meyarlar üzrə 100 ballıq sistem üzrə qiymətləndirilir:

•    layihənin məqsədinin aydınlığı;
•    layihənin innovativliyi;
•    layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;
•    layihənin büdcəsinin qrant məbləğinə uyğun olması;
•    QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun təcrübəsi;
•    layihə üzrə risklərin təhlili;
•    layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
•    layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media ilə əməkdaşlıq;
•    QHT-nin təqdim etdiyi layihə mövzusunun nizamnamə məqsədlərinə uyğunluğu;
•    layihədən gözlənilən nəticələr.

Texniki tələblər:

•    QHT-lər layihə təkliflərini Agentliyin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2023-cü il noyabrın 10-dan dekabrın 10-dək Agentliyin saytında aktiv olacaq); 

•    Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur. 

Əlaqə vasitələri:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, 

Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20.
office@ngoagency.gov.az   (+994 12) 493-15-81

 
 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 533 dəfə oxunub




Flag Counter






» 22/2/2024- Ötən il korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 21/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” adlı layihədə foks qrupları ilə görüş həyata keçirildi.

» 21/2/2024- Güzəştli şərtlərlə erkən pensiya hüququ verən peşə və vəzifələrin siyahısına son 2 ildə 65 yeni peşə və vəzifə əlavə edilib

» 19/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/2/2024- Prezident İlham Əliyevin yeni Sərəncamları şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinə yüksək qayğının daha bir təzahürüdür

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!