08 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
15/9/2023 “Vətən əmanəti” qısametrajlı sənədli filmin təqdimatı keçirilib.


Press-reliz

 

Bu gün Qadın Hüquqlarının Himayə Mərkəzi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətən əmanəti” qısametrajlı sənədli filmin təqdimatı keçirilib. İmişli şəhər A.Eminov adına 7 saylı tam orta məktəbdə təşkil olunan tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Milli Məclisin deputatı Razi Nurullayev, şəhid ailələri, Qarabağ qaziləri, müəllim kollektivi və rayon ictimaiyyəti iştirak ediblər.

  İlk öncə tədbirdə dövlət himni səsləndirilib, sonra şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açılış nitqi ilə başlayan filmin redaktoru, Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Elnarə Məhərrəmova Layihə haqqında məlumat verərək qeyd etdi ki, “Vətən əmanəti” qısametrajlı sənədli film Ali baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər ordumuzun 44 günlük keçdiyi rəşadətdən və böyük qələbəmizdən bəhs edir. Bu filmin əsas məqsədi gənclərimizin vətənpərvərliyə, döyüş əzmkarlığının artırılmasına, dövlətçiliyə və Ali Baş Komandanın ətrafında sıx birləşməsinə çağırış etməsidir. Vətənpərvərlikdən bəhs edən bu qısa metrajlı sənədli film, döyüşlərdə qəhrəmancasına həlak olmuş, xüsusi qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmiş İsmayılov Elçin Mikayıl oğlunun həyatından və keçdiyi döyüş yolundan bəhs edir. Sonra filmin təqdimatı həyata keçirilib. Filmin təqdimatından sonra İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Milli Məclisin deputatı Razi Nurullayev, şəhidimizin anası Balaxanım Qulamalıyeva şəhidin qəhrəmanlıqlarından danışıblar, həmçinin film haqqında öz təəssüratlarını və fikirlərini bildiriblər.

  Qeyd edək ki, Layihənin rəhbəri Həqiqət Məmmədova, ideya və ssenari müəllifi Gəray Əlibəyov, quruluşçu operator Sənan Əlibəyov, quruluşçu rejissor Rais Bəhramidir.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 176 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü