XƏBƏRLƏR




- 30/8/2023 Alternativ hesabatların hazırlanması konsultasiyalarının ikinci fazası
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Konsultasiya 2
Əlil Təşkilatları İttifaqı tərəfindən icra edilən “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsinin fəaliyyət planına uyğun olaraq hər qrupda 3 təşkilat olmaqla 5 qrup üçün alternativ hesabatların hazırlanması dair konsultasiyaların ikinci hissəsi keçirilmişdir. Konsultasiyalarda cəmi 15 nəfər iştirak etmişdir: 14 qadın, 1 kişi, 5 əlilliyi olan şəxs, 5 nəfər əlilliyi olan şəxs valideyni. Hüquqşünas-konsultant Sahib Məmmədov tərəfindən iştirakçılara alternativ hesabatların suallarının strukturlaşması, problemlər və onların həlli üçün təkliflərin formlaşdırılması qaydaları haqqında məlumat verilmişdir. Konsultasiyalar hər qrup üçün 2 saat olmaqla 28-30 avqust tarixlərində Əlil Təşkilatları İttifaqının offisində fiziki formada keçirilmişdir:
Hər qrup Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvesiyanın bir maddəsinə uyğun mövzu üzrə alternativ hesabat hazırlamağa başlanmışdır.
Hesabatların ilkin versiyasının sentyabrın 15-nə kimi hazırlanması nəzərdə tutulmuşdur.
Ümumi və hər qrup üzrə yaradılmış votçap qrupları üzərindən və telefon zəngləri vasitəsi ilə konsultant-ekspert və layihə rəhbərinin iştirakı ilə işlər, məsləhətlər davam etdirilir.
(Qeyd: Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsi Əlil Təşkilatları İttifaqı tərəfindən icra edilir).
Bu xəbər 327 dəfə oxunub