XƏBƏRLƏR




- 10/7/2023 Bu ilin 6 ayında pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 695 mln. manat və ya 21,4 faiz çox olmaqla 3 mlrd. 941 mln. manat ödənilib
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
6 ayın sosial göstəriciləri
Bu ilin 6 ayında pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə
695 mln. manat və ya 21,4 faiz çox olmaqla 3 mlrd. 941 mln. manat ödənilib
2023-cü ilin yanvar-iyun aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 695 mln. manat və ya 21,4 faiz çox olmaqla 3 mlrd. 941 mln. manat ödənilib.
Reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2023-cü ilin əvvəlindən müavinət və təqaüdlər növbəti dəfə artırılıb, minimum pensiya fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb.
2022-ci ildə pensiyaçılara verilən maddi yardımlar da bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib və bu artım edildikdən sonra həmin pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olmaqla 14,7 faiz indeksləşdirilərək artırılıb.
Həmçinin 2023-cü il üçün ehtiyac meyarının həddi artırılaraq 246 manata çatdırılıb ki, bu da ünvanlı sosial yardımın məbləğlərinin növbəti dəfə artması ilə nəticələnib.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 221 dəfə oxunub