XƏBƏRLƏR




- 10/7/2023 QHT Həssas əhali qrupuna hüquqi, psixoloji dəstək və səyahətlərin təşkili adlı layihəsinin icrasına başlayıb.
PRESS-RELİZ
Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Həssas əhali qrupuna hüquqi, psixoloji dəstək və səyahətlərin təşkili adlı layihəsinin icrasına başlayıb. Layihənin məqsədi fiziki məhdudiyyəti olan şəxslərə ehtiyac olarsa hüquqi və psixoloji dəstək vermək, fiziki məhdudiyyətli şəxslər üçün səyahətlər təşkili etmək.
Səyahətlər:
Tarixi abidələr, ərazilər: Şamaxı-Dəmirçi kəndi
Bakı şəhərində layihəyə 1 tədbir keçiriləcək
Bütün bunlarda məqsəd fiziki məhdudiyyətli əhali qrupundan olan şəxslərin cəmiyyətə qaynayıb-qarışmasına, diqqətləri yönəltməyə, onların aktivliyini artırmaq, ictimai işlərə cəlb etməkdən ibarətdir.
Layihənin icrası 01.07.2023-cü il tarixdən 30.09.2023-cü il tarixə qədər nəzərdə tutulur.
Qeyd edək ki, bu günə qədər Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi bir sıra uğurlu layihələr həyata keçirib.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 172 dəfə oxunub