24 Mart 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
16/1/2023 Litva ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub


Litva ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq

müzakirə olunub

 

Yeni “Pensiya sistemində islahatlara dəstək – Faza 2” tvininq layihəsi də Litva ilə sosial sahədə əməkdaşlığın genişlənməsinə imkan yaradır

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində  Litva Respublikasının sosial müdafiə və əmək nazirinin müavini Martinas Şürkusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycan və Litva arasında əlaqələrin daim genişlənməkdə olduğunu, ötən dövrdə iki ölkə arasında 43 əməkdaşlıq sənədinin imzlandığını qeyd edib.

 

Azərbaycan və Litva əlaqələrinin sosial sahəni də əhatə etdiyi, 2019-cu ildə Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litvanın Sosial Müdafiə və Əmək Nazirliyi arasında əməkdaşlıq sənədi imzalandığı diqqətə çatdırılıb.

 

Həmçinin iki nazirliyin məşğulluq orqanları arasında həyata keçirilən əməkdaşlıqdan bəhs olunub. Yeni “Pensiya sistemində islahatlara dəstək – Faza 2” tvinninq layihəsinin də Litva ilə sosial sahədə əməkdaşlığın genişlənməsinə şərait yaratdığı bildirilib.

 

Azərbaycanda son illər həyata keçirilən sosial islahatlar, DOST konsepsiyası, ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən göstərilməsi təcrübəsi barədə məlumat verilib.

 

M.Şürkus ölkəsinin Azərbaycanla əlaqələrinin daim inkişaf etməkdə olmasından məmnun olduqlarını bildirib, Litvada aparılan sosial islahatları diqqətə çatdırıb.

 

Görüşdə əmək və məşğulluq, sosial xidmətlərin göstərilməsi sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğu vurğulanıb. Sosial islahatlar prosesində, eləcə də yeni  tvinninq layihəsi çərçivəsində gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 124 dəfə oxunub




Flag Counter






» 07/3/2023- Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 8/3/2023- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

» 8/3/2023- USAID-in Azərbaycan üzrə missiyasının rəhbəri Maykl Nirbas 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib

» 8/3/2023- Avropa İttifaqının səfiri: Qadın böyük qüvvədir

» 7/3/2023- Təbrik edirik!

» 6/3/2023- Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 3/3/2023- QHT Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edir

» 1/3/2023- Füzuli Mərkəzi Parkında inklüzivliyin təmin olunması müzakirə olunub

» 28/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/02/2023- UNDP Azərbaycan

» 25/2/2023- Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar şəhid Murad Məmmədovun əl işlərindən ibarət sərgi keçirilib

» 25/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/2/2023- Dünya Bankının insan inkişafı üzrə regional direktoru Fadia Saadahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub

» 23/2/2023- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 22/2/2023- Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

» 22/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/2/2023- “Qarabağ Duyğularımın Rəngi ilə” adlı sərgi keçirilib

» 21/2/2023- “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

» 20/2/2023- Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib

» 17/2/2023- Agentlik Kiçik Qrant məbləğində dəyişiklik etdi