09 Fevral 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
8/12/2022 “YAŞAT” Fondunun yaradılmasından iki il ötür


Bakı, 8 dekabr, AZƏRTAC

Bu gün “YAŞAT” Fondunun yaradılmasından iki il ötür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə təsis edilən “YAŞAT” Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı 7 saylı Bakı “ASAN xidmət” mərkəzində mətbuat konfransı təşkil olunub.

Tədbir ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Fondun ikiillik fəaliyyətini nümayiş etdirən videoçarxın nümayişi ilə başlayıb. Ardınca “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli təqdimatla çıxış edib. Qeyd olunub ki, bu günədək “YAŞAT” Fonduna 75 milyon 846 min 318 manat 85 qəpik vəsait toplanıb. Həmin vəsaitin 71 milyon 612 min 351 manat 53 qəpiyi Fondun fəaliyyət istiqamətləri üzrə xərclənib. Bildirilib ki, “YAŞAT” Fondunun dörd fəaliyyət istiqaməti var və toplanan vəsaitin 41 milyon 42 min 300 manatı məişət şəraitinin yaxşılaşdırılması, 22 milyon 449 min 998 manat 4 qəpiyi müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, 6 milyon 772 min 442 manat 30 qəpiyi istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 1 milyon 347 min 611 manat 19 qəpiyi isə təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərclərinə sərf olunub. Qalıq məbləğ isə 4 milyon 233 min 967 manat 32 qəpikdir.

Fondun əməkdaşları 3 min 4 şəhidin ailə üzvləri, həmçinin 6 min 230 yaralı olmaqla 17 min 670 şəxslə görüşüb, onların ehtiyaclarını qeydə alıblar. Onlardan 14 min 744 şəxsin 35 min 175 müraciəti icra üçün öhdəliyə götürülüb. Ümumilikdə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə 15 min 694, məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 12 min 253, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə 2 min 198, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə isə 432 müraciət təmin edilib. Əlavə olaraq Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 min 392 manat 73 qəpik borc ləğv edilib. Həmçinin Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 492 min 581 manat 99 qəpik vəsait qarşılanıb.

E.Hüseynovun sözlərinə görə, ötən müddət ərzində 184 şəxs müalicə edilməsi məqsədilə Türkiyə Respublikasına göndərilib. Onlardan 177-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 160-ı ölkəyə geri qayıdıb. Hazırda 23 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi qardaş ölkədə davam edir.

Həyata keçirilən layihələr haqqında məlumat verən Fondun rəhbəri deyib: “Həyata keçirilən layihələrdən biri də 2020-ci il sentyabrın 27-dən sonra dünyaya gələn şəhid övladları ilə əlaqədardır. “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş 104 şəhid övladının zəruri xərclərinin qarşılanması məqsədilə min manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 min manat məbləğində depozit hesabı açılıb. Həmçinin hər iki valideynini itirən 7 şəhid övladının da adına 5 min AZN məbləğində depozit hesabı açılıb ki, onların sırasına Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir”.

Mətbuat konfransı zamanı yashat.gov.az rəsmi internet saytından edilən onlayn ianələr zamanı vətəndaşlara təqdim olunan “İanə sertifikatı” haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, sertifikat Fonda ianə etmiş şəxslərə təşəkkürü simvolizə edir. Vətəndaşlar istədiyi şəxsin adından ianə etməklə həmin sertifikatı hədiyyə də edə bilərlər.

Xatırladaq ki, “YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 111 dəfə oxunub




Flag Counter






» 6/2/2023- Azərbaycan Əlil Təşkilatları İttifaqının kollektivi Türkiyə xalqına başsağlığı verib

» 3/2/2023- Ağalı kəndinin artıq 100 sakini Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub

» 2/2/2023- Milli Məclisdə ictimai dinləmə keçirilir

» 2/2/2023- Qrant müsabiqəsi elan edildi - ELAN

» 2/2/2023- 2 fevral Gənclər günü

» 2/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2023- “Gənc skautlar dayanıqlı inkişaf naminə” layihəsinin təlim hissəsi Şamaxı şəhərində baş tutub!

» 30/1/2023- Son bir ildə 215 uşaq övladlığa götürülüb, 120 uşaq öz ailəsinə reinteqrasiya edilib

» 28/1/2023- Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatı

» 28/1/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/1/2023- Azərbaycan Əlil Təşkilatları İttifaqı beynəlxalq təşkilatlara etiraz bəyənatı göndərib

» 26/1/2023- “Qrant haqqında" qanunda dəyişiklik edilməsi təklif olunur

» 2/1/2023- Sosial ödənişlərdə tətbiq edilən bütün artımlar vətəndaş müraciətinə ehtiyac olmadan e-qaydada aparılır

» 24/1/2023- Agentlik “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib - FOTO +VİDEO

» 24/1/2023- Birgə Komissiyanın həmsədrləri Azərbaycan və Macarıstanın ikitərəfli əməkdaşlıq gündəliyini müzakirə etdilər

» 23/1/2023- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının onlayn ilk iclası keçirilib.

» 23/1/2023- Nazirlik tərəfindən mənzillərin onlayn qaydada satışına başlandı

» 23/1/2023- Son bir ildə 130 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 21/1/2023- Ötən il sosial müavinətlər üzrə 37 faiz çox olmaqla 806 mln. manat, Prezident təqaüdləri üzrə 30 faiz çox olmaqla 541 mln. manat ödənilib

» 20/1/2023- 20 JANUARY - DAY OF MOURNİNG AND NATİONAL PRİDE