28 Noyabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
1/12/2022 Pensiyaçılar arasında keçirilən “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub


Pensiyaçılar arasında keçirilən “Zəfər turniri”nin final mərhələsi

və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçılar arasında təşkil edilən şahmat üzrə “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub.

Nazirliyin tabeliyindəki DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunan tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

 

İştirakçılar əvvəlcə istedadlı pensiyaçıların və Mərkəzin benefisiarlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.

 

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev son illər aparılan sosial islahatlar çərçivəsində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün atılan addımları qeyd edib.

 

Nazir müavini 400-dən çox pensiyaçının qatıldığı, onların intellektual idman növü olan şahmat üzrə bacarıqlarını nümayiş etdirməsinə, həmçinin asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edən  “Zəfər turniri”nin əhəmiyyətini vurğulayıb.

 

Həmçinin incəsənətin bir çox sahələrini əhatə edən “İstedadlı pensiyaçı” layihəsindən bəhs edilib. Pensiyaçılar arasında aktiv və sağlam həyat tərzinin təbliğinə, onlarda nikbinlik, özünəinam hissinin artmasına yönələn bu kimi layihələrin davam etdiriləcəyini vurğulayıb.

 

Turnirin final mərhələsi başlayıb və gərgin keçən mübarizədə I yeri tutan Həmzə İsmayılova, II yeri tutan Mehman Hacıyevə və III yeri tutan  Tarıyel Bayramova diplom və mükafatlar, Aydın Ələkbərova həvəsləndirici mükafat, turnirin ən yaşlı fəal kişi iştirakçısı Vaqif Axundova və ən yaşlı fəal qadın iştirakçısı Fəridə Minlikeyevaya təşəkkürnamələr təqdim edilib.

 

Sonra “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub. İstedadlı pensiyaçılardan ibarət ansambl musiqi proqramı ilə  çıxış edib. Pensiyaçıların ifasında mahnılar, milli rəqslər, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından fraqment təqdim olunub.  Layihə iştirakçılarına təşəkkürnamələr verilib.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 358 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

» 30/9/2023- “Maddi-mədəni irsimizin qorunması” qısametrajlı sənədli filmin təqdimatı keçirilib.

» 29/9/2023- “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi liə bağlı tədbirlərin təşkili ” layihəsi bitirmişdir.

» 30/9/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 29/9/2023- Milli Şəhərsalma forumları - Azərbaycanın şəhərsalma təcrübəsini bölüşdüyü beynəlxalq platforma

» 29/9/2023- Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib