09 Fevral 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
1/12/2022 QHT Agentliyinin dəstəyilə uşaq inkişaf mütəxəssisləri üçün maarifləndirmə tədbiri təşkil olunub


 

Mətbuat xidmətiQHT Agentliyinin dəstəyilə uşaq inkişaf mütəxəssisləri

üçün maarifləndirmə tədbiri təşkil olunub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək” layihəsi üzrə yekun maarifləndirmə tədbiri keçirilib.

Abşeron rayonunun Xırdalan şəhərində fəaliyyət göstərən “Kompas” Uşaq İnkişaf və Tədris Mərkəzində təşkil edilmiş həmin tədbir “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyası və inklüziyasında mütəxəssislərin rolu” mövzusuna həsr olunub.

Birliyin sədri, layihə rəhbəri Ramilə Mahmudova sosial əhəmiyyətli layihənin icrasına maliyyə yardımı ayırdığına görə bir daha Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, göstərdikləri mənəvi dəstəyə görə isə Abşeron Rayon İcra Hakimiyyətinə və Abşeron-Xızı Regional Təhsil İdarəsinə benefisiarlar adından təşəkkürünü bildirib.

Daha sonra tədbirə təlimçi olaraq dəvət olunmuş qardaş Türkiyədə uşaq inkişaf mütəxəssisi kimi fəaliyyət göstərən peşəkar korreksiyaedici pedaqoq - loqoped Şəfəq Məmmədova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika-psixologiya fənn birləşmə komissiyasının müəllimi, psixoloq-loqoped Ləman Rəfiyeva tərəfindən xüsusi ehtiyaclı uşaqların diaqnostikası, psixoloji-pedaqoji korreksiyası və sosial inklüziyası məsələlərinə həsr olunmuş təqdimatlar edilib.

Müzakirələr zamanı böyük minnətdarlıq hissi ilə qeyd olunub ki, bu qəbildən olan uşaqların sosial-hüquqi müdafiəsi, psixoloji-pedaqoji və sosial reabilitasiyası məsələlərinin həlli daim ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın nəzarətindədir.  

Tədbirdə iştirak edən mütəxəssislər “Kompas” Uşaq İnkişaf və Tədris Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olaraq həyata keçirilən layihəyə çərçivəsində göstərilən xidmət səviyyəsini yüksək qiymətləndiriblər.

Bununla belə uşaqların asudə vaxtlarının səmərəli təşkili, o cümlədən digər həmyaşıdları ilə ünsiyyətdə olaraq açıq havada gəzməsi, birlikdə qaçıb oynaması, təmiz hava alması, müntəzəm şəkildə idmanla məşğul olması üçün ərazidə yaşıllıq zonasının, təhlükəsiz oyun və idman meydançasının yaradılmasına böyük ehtiyac olduğu vurğulanıb və səmərəli təkliflər irəli sürülüb.

Birliyin sədri tərəfindən qeyd olunan məsələnin həlli ilə bağlı yaxın günlərdə yerli icra hakimiyyətinə və bələdiyyəyə müraciət ediləcəyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb və hər zaman olduğu kimi mənəvi dəstək göstəriləcəyinə əminlik ifadə olunub.

Sonda iştirakçılara tədbirdə fəal iştirak etdiklərinə görə sertifikatlar təqdim olunub.

 

 

Mətbuat xidməti

 

Əlil Təşkilatları İttifaqı

   



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 103 dəfə oxunub




Flag Counter






» 6/2/2023- Azərbaycan Əlil Təşkilatları İttifaqının kollektivi Türkiyə xalqına başsağlığı verib

» 3/2/2023- Ağalı kəndinin artıq 100 sakini Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub

» 2/2/2023- Milli Məclisdə ictimai dinləmə keçirilir

» 2/2/2023- Qrant müsabiqəsi elan edildi - ELAN

» 2/2/2023- 2 fevral Gənclər günü

» 2/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2023- “Gənc skautlar dayanıqlı inkişaf naminə” layihəsinin təlim hissəsi Şamaxı şəhərində baş tutub!

» 30/1/2023- Son bir ildə 215 uşaq övladlığa götürülüb, 120 uşaq öz ailəsinə reinteqrasiya edilib

» 28/1/2023- Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatı

» 28/1/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/1/2023- Azərbaycan Əlil Təşkilatları İttifaqı beynəlxalq təşkilatlara etiraz bəyənatı göndərib

» 26/1/2023- “Qrant haqqında" qanunda dəyişiklik edilməsi təklif olunur

» 2/1/2023- Sosial ödənişlərdə tətbiq edilən bütün artımlar vətəndaş müraciətinə ehtiyac olmadan e-qaydada aparılır

» 24/1/2023- Agentlik “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib - FOTO +VİDEO

» 24/1/2023- Birgə Komissiyanın həmsədrləri Azərbaycan və Macarıstanın ikitərəfli əməkdaşlıq gündəliyini müzakirə etdilər

» 23/1/2023- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının onlayn ilk iclası keçirilib.

» 23/1/2023- Nazirlik tərəfindən mənzillərin onlayn qaydada satışına başlandı

» 23/1/2023- Son bir ildə 130 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 21/1/2023- Ötən il sosial müavinətlər üzrə 37 faiz çox olmaqla 806 mln. manat, Prezident təqaüdləri üzrə 30 faiz çox olmaqla 541 mln. manat ödənilib

» 20/1/2023- 20 JANUARY - DAY OF MOURNİNG AND NATİONAL PRİDE