XƏBƏRLƏR




- 16/11/2022 Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə bu il 1700-ə yaxın şəxsə iş yerlərinə göndəriş verilib
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə bu il
1700-ə yaxın şəxsə iş yerlərinə göndəriş verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə həm işsiz şəxslərə, həm də işəgötürənlərə dəstəyin göstərilməsi davam edir.
2022-ci ilin ötən dövründə proqram üzrə 1700-ə yaxın işsiz şəxsə iş yerlərinə göndəriş verilib. Bu dövrdə proqramda iştirak üçün müraciət edən 193 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb.
Həmin işəgötürənlərin təqdim etdiyi vakansiyalar üzrə işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.
Ümumilikdə proqramın icra edildiyi 2 il ərzində 384 işəgötürənlə əməkdaşlığa başlanılıb, 3217 işsiz şəxsə iş yerlərinə göndəriş verilib.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 156 dəfə oxunub