XƏBƏRLƏR




- 30/10/2022 "Biz Birik - Sağlam və inklüziv həyat" layihəsinin açılış mərasimi baş tutub.
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
11 oktyabr 2022-ci il tarixdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin həyata keçirdiyi "Biz Birik - Sağlam və inklüziv həyat" layihəsinin açılış mərasimi baş tutub.
Respublika Velotrekində baş tutan və ümumilikdə 50-dən çox şəxsin iştirak etdiyi açılış mərasimində 30-a yaxın əlilliyi olan gənc iştirak edərək para-velosiped idmanı haqqında ətraflı məlumat əldə ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan layihınin açılış mərasimində Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin sədri və Para-velosiped idmanı növü üzrə baş məşqçi Amid Həsənquliyev iştirakçıları və qonaqları salamlayaraq layihə haqqında məlumat verib, idmanın önəmindən, xüsusilə əlilliyi olan gənclərə faydalarından danışıb. Daha sonra Respublika Reabilitasiya Mərkəzinin direktoru Şaban Eyvazov, Para-olimpiya çempiyonu Elvin Astanov və s. öz çıxışlarında bu kimi layihələrin önəmindən danışıb, əlilliyi olan gənclərin özünə qapanmamalarını, əksinə aktiv fəaliyyətdə olaraq həm özlərində, həm də cəmiyyətə daha çox fayda verə biləcəklərini vurğulayıblar.
Layihənin rəsmi hissəsindən sonra öncədən qeydiyyatdan keçmiş əlilliyi olan gənclər və vətən müharibəsi qaziləri təlim otağına dəvət edilərək para-velosiped üzrə nəzəri təlim həyata keçirilib.
Azərbaycan Para-Velosiped idmanı növü üzrə baş məşqçi Amid Həsənquliyev və para-velosiped növü üzrə atleti, birinci qrup vətən müharibəsi qazisi Bəhlul Əliyev tərəfindən həyata keçirilən nəzəri təlimdən sonra para-velosiped növü üzrə peşəkar idmançısı Mehman Ramazanzadə tərəfindən əl velosipedlərindən istifadənin praktiki təlimi baş tutub.
Təlimdən sonra iştirakçılar Red Bullun təşkil etdiyi musiqili əyləncə zonasına dəvət edilib.
#BizBirik #Inklüzifvəsağlamhəyat #QHTAgentliyi #Paravelosiped #Handbike #paralimpiya
2-ci gün
Əsas məqsədi əlilliyi olan gənclərin para-velosiped idman növünə cəlb edilməsi vasitəsilə onların cəmiyyətə inteqrasiyasına, özünəinam hisslərinin artırılmasına, şəxsi inkişafının və psixoloji vəziyyətlərinin barpa olunmasına, sağlam həyat tərzinin təbliği ilə bağlı biliklərinin artırılmasına töhvə vermək və reabilitasiyalarına şərait yaratmaqdan ibarət olan "Biz Birik - İnklüziv və sağlam həyat" layihəsinin növbəti günü iştirakçılar üçün növbəti təlim sesiyası baş tutub.
Nəzəri və praktiki hissədən ibarət olan təlimdə Respublika Olimpiya Velosiped Məktəbinin məşqçi-müəllimi Elçin Qasımov tərəfindən idmanda təhlükəsizlik, qidqalanma, yol hərəkəti qaydaları, məşq prossesləri və s. məlumatları çatdırılıb.
Daha sonra öyrəndiklərini praktiki olaraq əl velosipedlərində həyata keçirən iştirakçılar gün boyunca sürüş həyatra keçiriblər.
Layihədə iştirak etmiş gənclərə təşkilat tərəfindən iştirakçı sertifikatları təqdim edilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Şəkillər
https://drive.google.com/drive/folders/172x3ztyKmB3VcMT2ciUqVTTyldVVehnC?usp=sharing
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 426 dəfə oxunub