05 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
29/10/2022 “Yeniyetmə və gənclər arasında erkən nikah və qeyri-rəsmi nikahlarla mübarizə”


“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i

“Yeniyetmə və gənclər  arasında  erkən nikah və qeyri-rəsmi nikahlarla mübarizə”  

layihəsi çərçivəsində növbəti tədbir İsmayıllı rayonunda keçirilib.

 

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i Azərbaycan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yeniyetmə və gənclər  arasında  erkən nikah və qeyri-rəsmi nikahlarla mübarizə”  layihəsi çərçivəsində oktyabr ayının 28-i Abşeron rayonu Heydər Əliyev Mərkəzində maarifləndirici tədbir həyata keçirib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, Azərbaycan Qadınları Respublika Cəmiyyətinin sədr müavini və psixoloq Vəfa Abbasova, Azərbaycan Qadınları Respublika Cəmiyyətinin üzvü Əsmaniyə Şirəliyeva, müəllimlər və psixoloqlar, yeniyetmə və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov qonaqları salamlayıb, belə bir vacib layihənin tədbirlərindən birinin İsmayıllıda keçiirlməsi məsələsini yüksək qiymətləndirib. Daha sonra layihə haqqında ətraflı məlumat vermək üçün sözü “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-inin sədri Fatma Hacıyevaya verib. İB-nin sədri Fatma Hacıyeva layihənin keçirilməsində əsas məqsədin yeniyetmə və gənclər arasında ailə institutunu inkişaf etdirmək, ailə dəyərlərinin təbliğini aparmaq, erkən nikahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nikaha girməsinin qarşısını almaqdan ibarət olduğunu vurğulayıb.

Tədbir iştirakçılarına bildirilib ki, erkən yaşda qurulan nigahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır.   

Daha sonra çıxış edənlərdən Azərbaycan Qadınları Respublika Cəmiyyətinin sədr müavini, psixoloq Vəfa Abbasova və Azərbaycan Qadınları Respublika Cəmiyyətinin üzvü Əsmaniyə Şirəliyeva və digər natiqlər gənclərə erkən nikahların ailə və cəmiyyət üçün yaratdığı problemlərdən danışıb, bu problemin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını izah ediblər.

Sonda mövzu ilə bağlı müəllimləri və şagirdləri maraqlandıran suallar cavablandırılıb, eyni zamanda ictimaiyyətin diqqətinin problemin həllinə cəlb olunması məqsədilə hazırlanmış maarifləndirici kitabçalar, köynəklər paylanıb.

https://mail.google.com/mail/u/2?ui=2&ik=7555c53404&attid=0.2&permmsgid=msg-f:1748014866036344256&th=184232426032c5c0&view=att&disp=safe&realattid=f_l9tqovwz1

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 541 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü