04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
28/10/2022 Bakıda BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib


Oktyabrın 27-də Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş BMT günü tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra BMT-nin Azərbaycan nümayəndəliyi tərəfindən hazırlanmış “Heç kəsi arxada qoymadan” mahnısı nümayiş olunub.

Təbdirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva tədbirin Azərbaycanla BMT arasında əməkdaşlığın otuzilliyinə təsadüf etdiyini bildirib. Onun sözlərinə görə, keçən illər ərzində Azərbaycanla BMT arasında əməkdaşlıq artıb və inkişaf edib. V.Andreeva deyib ki, Azərbaycanda BMT-nin müxtəlif sahələr üzrə 12 proqramı fəaliyyət göstərir.

Diqqətə çatdırıb ki, BMT Azərbaycanla minalardan təmizlənmə, məcburi köçkünlərin və qadınların məşğulluğuna dəstək, enerji səmərəliliyi, ətraf mühitin bərpası, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlıq edir.

Həmçinin diqqətə çatdırıb ki, BMT, Avropa Bankı və Dünya Bankı ilə birgə Azərbaycanın azad olunmuş torpaqlarında bərpa işlərinə dəstək vermək imkanlarını araşdırmağa davam edəcək.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, bu il Azərbaycanla BMT arasında əməkdaşlığın 30-cu ildönümü qeyd olunur. Ölkəmizdə BMT ilə tərəfdaşlığın ildönümü münasibətilə bir sıra silsilə tədbirlər təşkil edilib. Qeyd edib ki, müstəqilliyinin bərpasından bir müddət sonra Azərbaycan BMT ailəsinə qoşulub.

Nazir müavini son 30 ildə Azərbaycanın beynəlxalq təhlükəsizliyə töhfə verən ölkəyə çevrildiyini, bu yolda Azərbaycanla BMT-nin etibarlı və güclü tərəfdaş olduğunu söyləyib. Bildirib ki, BMT günü əməkdaşlığın ümumi gündəliyini genişləndirmək üçün gözəl imkan yaradır.

Elnur Məmmədov Vladanka Andreevaya BMT və Azərbaycan arasında əməkdaşlığın irəli aparılmasında verdiyi töhfəyə görə minnətdarlığını bildirib.

Tədbir çərçivəsində Azərbaycan klassik musiqilərinin ifa olunduğu bədii proqram təqdim edilib. İştirakçılar BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş fotosərgi ilə tanış olublar.

Tədbirdə dövlət və BMT rəsmiləri, diplomatik korpusun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 408 dəfə oxunub




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü