05 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
25/10/2022 DOST Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun növbəti beynəlxalq uğurları


DOST Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun növbəti beynəlxalq uğurları

 

Dünya Sosial Təminat Forumunda DSMF iki Mükəmməllik Sertifikatı, DOST Xidmət Keyfiyyəti üzrə beynəlxalq sertifikatla təltif edilib

 

Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları növbəti beynəlxalq uğurlara imza ataraq, Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən:  

 

· Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Yaxşı idarəçilik” və “Xidmət keyfiyyəti” meyarları üzrə iki Mükəmməllik Sertifikatı,

· DOST Agentliyi Tanınma Proqramının Xidmət Keyfiyyəti üzrə beynəlxalq sertifikatla

təltif edilib.

 

150 ölkədən 1000-dən çox nümayəndənin iştirak etdiyi Forumda mükafatlar DSMF sədri Himalay Məmişova və DOST Agentliyinin sədri Fərid Məmmədova təqdim edilib.

 

Mükəmməllik sertifikatları beynəlxalq müsabiqədə müstəqil ekspertlərin hərtərəfli təhlil və qiymətləndirməsinin yekunu olaraq təqdim olunub. Sertifikatlar DSMF-nin fəaliyyətinin effektiv idarəçilik, xidmətlərin keyfiyyəti üzrə beynəlxalq təlimatlara və əsas prinsiplərə mükəmməl səviyyədə cavab verdiyini, sosial təminat üzrə dünya standartlarına tam uyğunluğunu sübut edir. Fondun həmçinin proaktiv xidmət modeli çərçivəsində çevik və şəffaf rəqəmsal mexanizmləri, gələcəyə hədəflənən innovativ yanaşmaları qurumun bu iki mühüm mükafata layiq görülməsini şərtləndirib.

 

Bu ilin sentyabr ayında isə BSTA-dan DOST Agentliyinə DOST xidmətlərinin beynəlxalq standartlar səviyyəsinə çatdığı barədə rəsmi məktub alınıb. Beləliklə, DOST Agentliyi Azərbaycanda Tanınma Proqramından keçən və proqramı uğurla tamamlayan ilk qurum olub.

 

Qeyd edək ki, bundan əvvəl də DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını, DSMF Böyük Britaniyada “iESE – The Public Sector Transformation” Təşkilatının ali mükafatını, habelə hər iki qurum BSTA və Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının 6 mükafatını alıb.

 

Beləliklə, hazırki yeni təltiflərlə Nazirliyin bu iki qurumu (DSMF və DOST) üzrə 2022-ci ildə əldə olunan beynəlxalq mükafatların sayı 11-ə çatıb.

 

BSTA 160 ölkədən 320 sosial sığorta və sosial müdafiə təşkilatını özündə birləşdirir və  dünyada sosial təminat üzrə qlobal kampaniyaya rəhbərlik edir. 

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 402 dəfə oxunub




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü