04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
22/10/2022 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin 1 yaşı oldu


DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin 1 yaşı oldu

 

Sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişafı və cəmiyyətə təqdim olunmasında mühüm rola malik olan Mərkəzdə hazırda 253 benefisiar 14 fəaliyyət istiqaməti üzrə təlimlərdə iştirak edir

 

 

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışından 1 il ötür.

 

Ötən ilin bu günündə açılışı olan Mərkəz Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb və sosial cəhətdən həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılması və inkişafı, cəmiyyətə təqdim olunmasında, onların sosial inteqrasiyasında mühüm rola malikdir.

 

Mərkəzdə şəhid ailələlərinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslərə xidmət göstərilir.

 

Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər çoxşaxəli fəaliyyət sahələrini əhatə edən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olan olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 121 nəfərlik auditoriumdan, müxtəlif peşə-yaradıcılıq otaq və studiyalarından, kitabxanadan, inzibati otaqlardan, yeməkxanadan və s. ibarətdir.

 

Burada hazırda 253 benefisiar rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma və tikmə, bədii oyma, floristika, bağçılıq və landşaft dizaynı, audio-səsyazma və media, fotoqrafiya sənəti, kulinariya, səhnə ifaçılığı, kapoeyra, badminton, publisistika daxil olmaqla, 14 fəaliyyət istiqaməti üzrə təlimlərdə iştirak edir.

 

Ötən dövrdə həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində I Qarabağ müharibəsinə və Zəfərimizə həsr olunmuş “Köhnə çamadanlar” filminin, İnklüziv ƏSA teatrının iştirakı ilə Molyerin “Xəsis” pyesinin motivləri əsasında hazırlanmış “AND” tamaşasının, “Oyun” teatr studiyası ilə əməkdaşlıq çərçivəsində C.Cabbarlının “Solğun çiçəklər” dramı əsasında hazırlanan “Solğun sevgilər” tamaşasının, A.P.Çexovun eyniadlı pyesi əsasında hazırlanmış “Təklif ” tamaşasının təqdimatları, autizmlə bağlı “Fərqliliyə qucaq aç” adlı sərgi satış yarmarkası və konsert proqramı, DOST Könüllülərinin 3 illiyinə həsr olunmuş “ Sosial Könüllülər Forumu, Azərbaycan Yaponiya münasibətlərinin 30 illiyi ilə əlaqədar “True Colors Festival”ı, Badminton Federasiyası ilə əməkdaşlıq çərçivəsində Şən İnklüziv Badminton Festivalı və s. kimi ictimaiyyət tərəəfindən maraqla qarşılanan tədbirlər keçirilib.

 

Mərkəzdə həssas əhali qrupuna daxil olan şəxslərə xidmət istiqamətində tədbirlər davam etdirilir.

#əəsmn

#diiym

#dostinklüziv

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 391 dəfə oxunub




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü