05 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
22/10/2022 Əmək qanunvericiliyinin tətbiqinə nəzarət sahəsində Moldova ilə təcrübə mübadiləsi aparılır


Əmək qanunvericiliyinin tətbiqinə nəzarət sahəsində

Moldova ilə təcrübə mübadiləsi aparılır

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində Moldova Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin dövlət katibi xanım Corina Ajder ilə görüş olub.

 

C.Ajder Moldovanın əmək və sosial müdafiə naziri Marçel Spatarın rəhbərlik etdiyi nümayəndə heyəti tərkibində ölkəmizdə səfərdədir.

 

Görüşdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev əmək qanunvericiliyinin tətbiqinə nəzarət mexanizminin innovativ həllərin tətbiqi əsasında təkmilləşdirilməsi istiqamətində son illər aparılan islahatlar barədə məlumat verib.

 

Fəaliyyət və xidmətlərin rəqəmsal infrastruktur üzərində qurulması istiqamətində görülən işlər, vahid əmək münasibətləri platforması olan “Əmək və Məşğulluq” altsisteminin funksionallığı, onun əmək bazarına gətirdiyi yeniliklər, işçi və işəgötürənlər üçün faydaları diqqətə çatdırılıb.  

 

Əmək qanunvericiliyinə əməl olunmasına e-sistem üzərindən nəzarət imkanlarının yaradıldığı, iş yerlərində sağlam, təhlükəsiz əmək şəraitinin yaradılmasına yönələn tədbirlər, bu istiqamətdə idarəetmə sistemini müəyyən edən milli standartların hazırlanması işləri qeyd olunub.

 

C.Ajder Moldovada əmək münasibətləri, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində görülən işlərdən bəhs edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir və təcrübə mübadiləsi aparılıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldovanın  Əmək və Sosial Müdafiə Nazirliyi arasında imzalanan yeni əməkdaşlıq sənədində əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət işinin təşkili və təkmilləşdirilməsi, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi üçün preventiv tədbirlərin həyata keçirilməsi, iş yerlərində təhlükəsizlik və risklərinin qiymətləndirilməsi sahələrində də əməkdaşlığın həyata keçirilməsi əksini tapır.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 447 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü