04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
21/10/2022 “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i “Yeniyetmə və gənclər arasında erkən nikah və qeyri-rəsmi nikahlarla mübarizə” layihəsi çərçivəsində Abşeron rayonunda tədbir keçirib


“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i

“Yeniyetmə və gənclər  arasında  erkən nikah və qeyri-rəsmi nikahlarla mübarizə”  

layihəsi çərçivəsində Abşeron rayonunda tədbir keçirib

 

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i Azərbaycan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yeniyetmə və gənclər  arasında  erkən nikah və qeyri-rəsmi nikahlarla mübarizə”  layihəsi çərçivəsində oktyabr ayının 21-i Abşeron rayonu Heydər Əliyev Mərkəzində maarifləndirici tədbir həyata keçirib. Tədbirdə Abşeron RİH-nin əməkdaşları, məktəb müəllimləri və psixoloqlar, QHT nümayəndləri və Abşerondakı ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-nin sədri Fatma Hacıyeva layihənin keçirilməsində əsas məqsədin yeniyetmə və gənclər arasında ailə institutunu inkişaf etdirmək, ailə dəyərlərinin təbliğini aparmaq, erkən nikahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nikaha girməsinin qarşısını almaqdan ibarət olduğunu vurğulayıb.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı imzaladığı fərman və sərəncamların, qəbul edilən dövlət proqramlarının yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar açdığını vurğulayan Abşeron RİH-nin əməkdaşları Elvin Zalov və Şüküfə Məmmədova məktəblilərə uşaq hüquqları haqqında Beynəlxalq Konvensiyalar və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat veriblər. Tədbir iştirakçılarına bildirilib ki, erkən yaşda qurulan nigahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır.   

Daha sonra çıxış edənlərdən Abşeron-Xızı Regional Təhsil İdarəsinin psixoloqu İstək Bəxtiyarova, Azərbaycan Qadınları Respublika Cəmiyyətinin sədr müavini, psixoloq Vəfa Abbasova və digər natiqlər gənclərə erkən nikahların ailə və cəmiyyət üçün yaratdığı problemlərdən danışıb, bu problemin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını izah ediblər.

Görüşdə bildirilib ki, erkən nikahların səbəblərindən biri də savadsızlıqdır. Erkən nikah bağlayan qızlar çox vaxt orta məktəbi tam bitirmirlər. Bu isə qadınların şəxsi inkişafına mənfi təsir göstərir və onların cəmiyyətdən təcrid olunmasına gətirib çıxarır.

Sonda mövzu ilə bağlı müəllimləri və şagirdləri maraqlandıran suallar cavablandırılıb, eyni zamanda ictimaiyyətin diqqətinin problemin həllinə cəlb olunması məqsədilə hazırlanmış maarifləndirici kitabçalar, köynəklər paylanıb.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 403 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü