05 Dekabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
8/9/2022 DOST İş Mərkəzi ilk dəfə olaraq TV sahəsi üzrə birgə layihəyə başlayıb


DOST İş Mərkəzi ilk dəfə olaraq TV sahəsi üzrə birgə layihəyə başlayıb

 

Ödənişli ictimai işlər proqramının fəaliyyət sahələrinin şaxələndirilməsi işlərinin davamı olaraq proqram artıq televiziya sahəsini də əhatə edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi bu sahədə “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC ilə birgə layihəyə başlayıb.

Layihə 200 nəfər işsiz şəxsin AzTV-də işlə təmin edilməsini nəzərdə tutur.

İşə cəlb olunanların hər biri ilə əmək müqaviləsi imzalanacaq. Onlara aylıq əmək haqqı DOST İş Mərkəzi tərəfindən ödəniləcək. İşə götürüləcək şəxslər operator asissentinin köməkçisi, montaj asissentinin köməkçisi, arxiv işləri üzrə köməkçi, kargüzar və s. kimi peşələrdə çalışacaqlar. Bununla da aylıq əməkhaqqı almaqla yanaşı, televiziya fəaliyyəti sahələri üzrə ilkin  bilik və bacarıqlar da qazanacaqlar.

Ümumilikdə DOST İş Mərkəzi rayon (şəhər) icra hakimiyyətləri ilə yanaşı,  20-yə yaxın qurumla əməkdaşlıq həyata keçirir.

Bu da ictimai işlər proqramının fəaliyyət sahələrini xeyli genişləndirib. Nəticədə proqrama cəlb olunan və ilkin peşə hazırlığı olmayan şəxslər işlə təmin olunaraq, aylıq əməkhaqqı  almaqla bərabər, müxtəlif peşə sahələri üzrə bacarıqlara yiyələnmək, həmin bacarıqlar hesabına gələcəkdə sərbəst şəkildə öz məşğulluqlarını təmin edə bilmək imkanı da əldə edirlər.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 175 dəfə oxunub




Flag Counter






» 3/12/2022- 3 dekabr 2022. “İnklüziv inkişaf üçün transformativ həllər: əlçatan və ədalətli dünyanı gücləndirməkdə innovasiyaların rolu”.

» 3/12/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/12/2022- “Azərbaycanda mina partlayışı qurbanlarına yardım” mövzusunda dəyirmi masa keçirilmişdir.

» 1/12/2022- Pensiyaçılar arasında keçirilən “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub

» 30/11/2022- Avropa İttifaqı "Yerüstü minalarsız Cənubi Qafqaz" regional kampaniyasını dəstəkləyir

» 30/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/12/2022- QHT Agentliyinin dəstəyilə uşaq inkişaf mütəxəssisləri üçün maarifləndirmə tədbiri təşkil olunub

» 30/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə

» 30/11/2022- "Biz Birik - Sağlam və inklüziv həyat" layihəsi çərçivəsində sosial çarx

» 29/11/2022- Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi layihəsi uğurla başa çatdı

» 29/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə sona çatdı!

» 26/11/2022- "Biz bir ailəyik - biz qalibik" adlı tədbir keçirilmişdir

» 25/11/2022- Agentlikdə Əvəz Həsənovun xatirəsi anılıb

» 25/11/2022- “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək” layihəsinin icrası həyata keçirilir.

» 25/11/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin növbəti mərhələsi yerinə yetirilmişdir.

» 24/11/2022- GESİD

» 23/11/2022- UNDP

» 21/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/11/2022- Əlilliyi olan şəxslərin sosial təminatı passiv gəlirlərdən asılı olmamalıdır