05 Dekabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
7/9/2022 “Azərbaycanda pensiya islahatlarına dəstək” tvinninq layihəsinin ikinci mərhələsinə başlanıb


“Azərbaycanda pensiya islahatlarına dəstək” tvinninq

layihəsinin ikinci mərhələsinə başlanıb

 

Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıqda icra olunan “Azərbaycanda pensiya islahatlarına dəstək” tvinninq layihəsinin ikinci mərhələsinə start verilib.

Layihənin Rəhbər Komitəsinin bununla əlaqədar keçirdiyi iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin, layihənin birgə icra olunacağı Litvanın Sosial Müdafiə və Əmək Nazirliyinin, tvininq layihəsinin nümayəndələri iştirak ediblər.

İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov son illər ölkəmizdə aparılan pensiya islahatlarını, bu islahatlar nəticəsində pensiyalarda ardıcıl xarakter alan ciddi artımları, pensiya təminatı sisteminin təkmilləşdirilməsi sahəsində atılan addımları diqqətə çatdırıb.

Qeyd olunub ki, davamlı islahatlar nəticəsində son 4 ildə minimum pensiya 2,2 dəfə, orta aylıq pensiya 75 faiz, yaşa görə orta aylıq pensiya 70 faiz artıb. Pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi ilə yanaşı, bu sistemin humanist yanaşmalar əsasında təkmilləşdirilərək əhatə dairəsinin genişləndirilməsi, əlçatanlığın artırılması istiqamətində mühüm irəliləyişlər əldə edilib. 2019-cu ilin əvvəlindən isə pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanıb və ötən dövrdə 70 minədək pensiyanın elektron sistem üzərindən proaktiv qaydada təyinatı həyata keçirilib.

İkinci mərhələsinə başlanan tvinninq layihəsi də ölkəmizdə pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində islahatlara, bu islahatların qabaqcıl təcrübələr əsasında həyata keçirilməsinə dəstək məqsədi daşıyır.

Layihənin yeni mərhələsində pensiya sahəsi üzrə beynəlxalq təcrübəyə uyğun aktuar modellərin və proqnozlaşdırma metodlarının hazırlanmasında Nazirliyin potensialının artırılmasına, proaktiv təyinat mexanizmləri üçün elektron institutsional məlumat bazasının sistemləşdirilməsinə dəstək veriləcək.

Həmçinin layihə pensiya təminatı sistemində əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması üçün müvafiq mexanizmlərin tətbiqinin tənzimlənməsini, təhlil keyfiyyətinin artırılmasını və s. hədəfləyir.

İclasda Aİ Nümayəndəliyinin layihə meneceri Rza Zülfüqarzadə, Litvanın Sosial Müdafiə və Əmək Nazirliyinin nümayəndəsi Audrius Bitinas, rezident tvinninq məsləhətçisi Audrone Morkuniene və b. çıxış ediblər. Layihə üzrə görüləcək işlər müzakirə olunub.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 184 dəfə oxunub




Flag Counter






» 3/12/2022- 3 dekabr 2022. “İnklüziv inkişaf üçün transformativ həllər: əlçatan və ədalətli dünyanı gücləndirməkdə innovasiyaların rolu”.

» 3/12/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/12/2022- “Azərbaycanda mina partlayışı qurbanlarına yardım” mövzusunda dəyirmi masa keçirilmişdir.

» 1/12/2022- Pensiyaçılar arasında keçirilən “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub

» 30/11/2022- Avropa İttifaqı "Yerüstü minalarsız Cənubi Qafqaz" regional kampaniyasını dəstəkləyir

» 30/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/12/2022- QHT Agentliyinin dəstəyilə uşaq inkişaf mütəxəssisləri üçün maarifləndirmə tədbiri təşkil olunub

» 30/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə

» 30/11/2022- "Biz Birik - Sağlam və inklüziv həyat" layihəsi çərçivəsində sosial çarx

» 29/11/2022- Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi layihəsi uğurla başa çatdı

» 29/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə sona çatdı!

» 26/11/2022- "Biz bir ailəyik - biz qalibik" adlı tədbir keçirilmişdir

» 25/11/2022- Agentlikdə Əvəz Həsənovun xatirəsi anılıb

» 25/11/2022- “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək” layihəsinin icrası həyata keçirilir.

» 25/11/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin növbəti mərhələsi yerinə yetirilmişdir.

» 24/11/2022- GESİD

» 23/11/2022- UNDP

» 21/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/11/2022- Əlilliyi olan şəxslərin sosial təminatı passiv gəlirlərdən asılı olmamalıdır