28 Noyabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
13/8/2022 Ağalı kəndində ilk ailə təsərrüfatları yaradılıb


Bu məqsədlə Zəngilan rayonuna mediatur təşkil edilib

İşğaldan azad edilən ərazilərə böyük qayıdışın ilk iştirakçılarından olan Ağalı kənd sakinlərinin məşğulluq məsələlərinin icrası ilə bağlı tədbirlər davam edir. Bu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən kənd sakini olan 3 ailə özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib.

Yaradılan kiçik təsərrüfatlarla əyani tanışlıq üçün mediatur təşkil edilib. Jurnalistlər Ağalı kəndində yaradılan kiçik təsərrüfatlarla tanış olublar.

Onlara Ağalı kənd sakinlərinin məşğulluğu üçün dəstək tədbirləri barədə məlumat verilib.

Dövlət Məşğulluq Agentliyi tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Aqrar Xidmətlər Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti ilə birgə kəndin ümumilikdə 30 sakini özünüməşğulluq proqramına cəlb olunub.

İlkin mərhələdə onlar üçün biznes təlimləri təşkil edilib. Təlimlərdə iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.

Yaxın aylarda həmin şəxslərə də proqram çərçivəsində avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və digər iqtisadi sahələr üzrə aktivlərin verilməsi nəzərdə tutulub.

Həmçinin, kənd sakinlərinin peşə biliklərinin artırılması və məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə orada peşə hazırlığı kursları təşkil olunur, “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə fəaliyyət də həyata keçirilir. İlkin olaraq kənd ərazisində “Gill MED” MMC ilə birlikdə dərzilik kursuna start verilib. Hazırda həmin kursa 6 nəfər kənd sakini cəlb edilib.

Bundan əlavə, kənd sakinlərinin işlə təminatı məqsədilə Ağalı kəndində fəaliyyət göstərən dövlət müəssisələri və özəl şirkətlərin vakansiya tələbləri öyrənilib. Bu tələblərə uyğun namizədlərin işlə təmin olunması istiqamətində də müvafiq addımlar atılır, işəgötürənlərlə vətəndaşların görüşləri keçirilir.

Bu günə qədər kənd sakinlərindən 24 nəfəri münasib işlərlə təmin olunub, məşğulluq tədbirlərinə cəlb edilə bilən daha 35 sakin isə müsahibə mərhələsindən uğurla keçib və yekun sənədləşmə mərhələsindədir.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 530 dəfə oxunub




Flag Counter






» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

» 30/9/2023- “Maddi-mədəni irsimizin qorunması” qısametrajlı sənədli filmin təqdimatı keçirilib.

» 29/9/2023- “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi liə bağlı tədbirlərin təşkili ” layihəsi bitirmişdir.

» 30/9/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 29/9/2023- Milli Şəhərsalma forumları - Azərbaycanın şəhərsalma təcrübəsini bölüşdüyü beynəlxalq platforma

» 29/9/2023- Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib