26 Sentyabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
9/8/2022 Azərbaycan və Moldova arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir


Azərbaycan və Moldova arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Moldovanın əmək və sosial müdafiə naziri Marçel Spatar arasında videokonfrans formatında görüş olub.

Nazir ötən dövrdə ölkəmizdə aparılan sosial islahatlar və onların müsbət nəticələri, DOST konsepsiyası, şəhid ailələri üzvləri və müharibə iştirakçılarının müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri, postmüharibə dövründə sosial dəstək tədbirləri, sosial sahədə elektron texnologiyaların tətbiqi, əhaliyə göstərilən proaktiv xidmətlər və s. barədə ətraflı məlumat verib.

S.Babayev nazirliklər arasında  bir çox sahələrdə, o cümlədən əmək və sosial təminat sahəsində əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadiləsi üçün böyük potensialın mövcudluğundan bəhs edib. Nazirliklər arasında əməkdaşlığın hüquqi bazasının gücləndirilməsinin vacibliyini qeyd edən nazir Babayev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Moldova Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsi üzrə hazırlıq işlərinin aparıldığını nəzərə çatdırıb.

S.Babayev DOST layihəsinin ərsəyə gətirilməsi və inkişafı, o cümlədən DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi, vətəndaşlara xidmət səviyyəsinin daha da yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə həmkarına ətraflı məlumat verib. DOST təcrübəsinin bir çox xarici ölkələrin müvafiq qurumları tərəfindən öyrənildiyini bildirən nazir, Moldova ilə mütərəqqi təcrübəni bölüşməyə hazır olduğunu söyləyib.

Nazir mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin ölkə başçılarının birgə səyləri ilə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

        M.Spatar iki ölkə arasında sosial təminat sahəsində formalaşan uğurlu əməkdaşlıqdan söhbət açıb, əmək və sosial xidmətlər ilə bağlı Moldovanın təcrübəsi, əldə olunan uğurlar barədə məlumat verib.

Azərbaycanda sosial sahədə həyata keçirilən islahatları yüksək qiymətləndirən M.Spatar hər iki nazirliyin bu prosesdə fəal təcrübə mübadilələrinin önəmini qeyd edib. Ölkəsinin əmək və sosial müdafiə sahəsində ciddi islahatlara hazırlaşdığını söyləyən nazir Spatar, Azərbaycanın DOST təcrübəsinin yaxından öyrənilməsi və tətbiqinə maraqlı olduqlarını bildirib.

 Görüşdə Azərbaycan Moldova arasında sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 136 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 21/9/2022- “20 Yanvar” İB-i “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlayıb

» 20/9/2022- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi İkinci Şəhidlər xiyabanını ziyarət edib

» 20/9/2022- "Əhalinin həssas qruplarından olan sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə innovativ dərnəklərin yaradılması” layihəsinin icrasını davam edir

» 20/9/2022- “Gənclərin Karyera və Təcrübə Mərkəzi” adlı layihə yekunlaşdı.

» 20/9/2022- “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb.

» 19/9/2022- “İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə layihənin icrasına başlamışdır.

» 16/9/2022- Əlillərin sosial müdafiəsinin gücləndirilməsi, əlillərin bilik və bacarıqlarından səmərəli istifadə adlı layihəsinin icrasına başlayıb.

» 15/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/9/2022- Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətlərində genişmiqyaslı təxribatı ilə əlaqədar B Ə Y A N A T I

» 12/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/9/2022- “Əlilliyi olan şəxslərin iqtisadi aktivliyinin dəstəklənməsi: sahibkarlıq təşəbüslərinin təşviqi və mövcud mexanizmlərdən yararlanma bacarıqlarının artırılması” layihəsi

» 10/9/2022- Göz dağına çevrilən işləməyən eskalatorlar

» 10/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/9/2022- 8 ayda 65 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 9/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/9/2022- 8 ayda 65 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 8/9/2022- DOST İş Mərkəzi ilk dəfə olaraq TV sahəsi üzrə birgə layihəyə başlayıb

» 7/9/2022- “Azərbaycanda pensiya islahatlarına dəstək” tvinninq layihəsinin ikinci mərhələsinə başlanıb

» 6/9/2022- Birdəfəlik ödəmə təyin olunan müharibə əlillərinin sayı artıq 14 mini ötüb