25 Sentyabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/8/2022 “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı


“Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 295-VIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1366 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 5 avqust 2022-ci il

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2022-ci il 5 avqust
tarixli 281 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
 
Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması
 QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin dördüncü hissəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır və şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin (bundan sonra – Reyestr) formalaşdırılmasının, aparılmasının, inteqrasiyasının və arxivləşdirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

1.2. Reyestrin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.3. Reyestrlə bağlı bu Qayda ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” (bundan sonra – Qaydalar) ilə tənzimlənir.

2. Əsas anlayışlar

2.1. Bu Qaydada istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. Reyestr – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslər barəsində formalaşdırılan elektron sənədlərdən və ya sənədlər toplusundan (sənədləşdirilmiş informasiyadan) ibarət informasiya ehtiyatı;

2.1.2. iştirakçı – Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları;

2.1.3. istifadəçi – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Reyestrdən informasiya əldəetmə və ya informasiyadan istifadə hüququ verilmiş dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, hüquqi və ya fiziki şəxslər;

2.1.4. sahib – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Reyestr üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə sistemin aparılmasını təmin edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.

2.3. Reyestrin sahibi eyni zamanda onun operatorudur.

3. Reyestrin fəaliyyətinin prinsipləri

3.1. Reyestr Qaydaların 2.1-ci bəndində qeyd edilən prinsiplər nəzərə alınmaqla, aşağıdakı prinsiplər əsasında formalaşdırılır:

3.1.1. istifadə rahatlığı – Reyestrdən istifadənin və məlumat mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;

3.1.2. fasiləsizlik – Reyestrdə aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq fəaliyyətin fasiləsiz həyata keçirilməsi;

3.1.3. funksionallıq və davamlı inkişaf – Reyestrin inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması və ən son texnologiyalardan istifadə edilməklə Reyestrin daim təkmilləşdirilməsi;

3.1.4. operativlik – Reyestrdə məlumatların yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin sürətli şəkildə həyata keçirilməsi;

3.1.5. sərbəstlik – Reyestrin fəaliyyətinin onda aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmaması;

3.1.6. şəffaflıq – Reyestrin fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu.

4. Reyestrin strukturu

4.1. Reyestrin strukturuna aşağıdakı modullar daxildir:

4.1.1. məlumatların daxil edilməsi modulu;

4.1.2. məlumatlara baxış modulu;

4.1.3. hesabatlar modulu.

4.2. Reyestrin strukturuna daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir:

4.2.1. “məlumatların daxil edilməsi” modulu vasitəsilə şəhid və şəhid ailəsi statusu almış şəxslər barədə bu Qaydanın 6.1-ci bəndində göstərilən məlumatların daxil edilməsi;

4.2.2. “məlumatlara baxış modulu” vasitəsilə Reyestrdə toplanılmış məlumatlar üzrə axtarış edilməsi və məlumatlara baxılması;

4.2.3. “hesabatlar modulu” vasitəsilə müxtəlif parametrlərə görə hesabatların tərtib edilməsi.

5. Reyestrin aparılması qaydası

5.1. Reyestrin formalaşdırılması, dayanıqlı və fasiləsiz fəaliyyəti, aparılması, idarə olunması, tamlığı və mühafizəsi, Reyestrə çıxışı olan və onun aparılmasında iştirak edən əməkdaşların gücləndirilmiş elektron imza ilə təmin edilməsi, Reyestrin iştirakçıları tərəfindən daxil edilən məlumatların tamlığına və dolğunluğuna nəzarət edilməsi,habelə onların tələbi əsasında şəhid və şəhid ailəsi statusu almış şəxslər barədə məlumatlarda aparılan düzəlişlərin təsdiq və ya imtina edilməsi Reyestrin sahibi tərəfindən həyata keçirilir.

5.2. Reyestrdə şəhid və şəhid ailəsi üzvü statusu almış şəxslər barədə fərdi məlumatların toplanılması, işlənilməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və müvafiq informasiya sistemlərinin mühafizəsi “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunları ilə və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada həyata keçirilir.

5.3. Reyestrdə məlumatların toplanılması, işlənilməsi, sorğuların verilməsi və icrası, habelə Reyestrin idarə olunması və mühafizəsi ilə bağlı əməliyyat tarixçələrinin elektron nəzarət-audit jurnallarında toplanılması (hesabatlılığı) təmin edilir.

5.4. Reyestrin fəaliyyətinin və məlumat mübadiləsinin təkmilləşdirilməsi, habelə Reyestrdə yaranan nasazlıqların aradan qaldırılması məqsədilə Reyestrin sahibi təxirəsalınmaz tədbirlər görür.

5.5. Reyestrin iştirakçıları və istifadəçiləri Reyestrdə saxlanılan məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməli, Reyestrə daxil edilmiş məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə məlumat verməli, Reyestrin fəaliyyətinə xələl gətirəcək hərəkətlərə yol verməməlidirlər.

5.6. Reyestrin iştirakçıları və istifadəçiləri Reyestrin fəaliyyəti ilə bağlı Reyestrin sahibinə təkliflər verə bilərlər.

5.7. Reyestrin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalarauyğun olaraq həyata keçirilir.

6. Reyestrdə məlumat mübadiləsi

6.1. Reyestrin iştirakçıları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində şəhid və şəhid ailəsi statusu almış şəxslər barədə aşağıdakı məlumatları Reyestrə daxil etməlidirlər:

6.1.1. şəhid statusu almış şəxslər barədə:

1. soyadı, adı, atasının adı;

2. fərdi identifikasiya nömrəsi (FİN-i);

3. hərbi qulluqçu və ya mülki şəxs olması;

4. hərbi rütbəsi;

5. hərbi xidmətə başladığı tarix;

6. həlak olduğu və ya xəbərsiz itkin düşdüyü tarix;

7. itkin düşdüyünə görə ölmüş elan edilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarının tarixi, nömrəsi və onu qəbul edən məhkəmənin adı;

8. həlak olduğu və ya xəbərsiz itkin düşdüyü yer;

9. dəfn olunduğu yer;

10. şəhid statusunu təsdiq edən sənədin nömrəsi və verilməsi tarixi;

6.1.2. şəhid ailəsi statusu almış şəxslər barədə:

1. soyadı, adı, atasının adı;

2. fərdi identifikasiya nömrəsi (FİN-i);

3. şəhid statusu almış şəxslə qohumluq əlaqəsi;

4. şəhid ailəsi statusunu təsdiq edən vəsiqənin nömrəsi və verilməsi tarixi.

6.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulan məlumatların kağız və elektron daşıyıcılarda Reyestrin sahibinə təqdim olunmasını təmin etməlidirlər.

7. Reyestrdən istifadə

7.1. Reyestrin istifadəçilərinin Reyestrdən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə uyğun olaraq Reyestrə inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.

7.2. Hüquqi və fiziki şəxslər Reyestrdə olan açıq məlumatlarla tanış ola bilərlər.

7.3. Reyestrin sahibi Reyestrin istifadəçilərinin Reyestrə girişini aşağıdakı hallarda məhdudlaşdırır:

7.3.1. reyestrə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə;

7.3.2. bu Qayda ilə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə.

 

Əlil Təşkilatları İttifaqı

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 172 dəfə oxunub




Flag Counter






» 21/9/2022- “20 Yanvar” İB-i “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlayıb

» 20/9/2022- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi İkinci Şəhidlər xiyabanını ziyarət edib

» 20/9/2022- "Əhalinin həssas qruplarından olan sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə innovativ dərnəklərin yaradılması” layihəsinin icrasını davam edir

» 20/9/2022- “Gənclərin Karyera və Təcrübə Mərkəzi” adlı layihə yekunlaşdı.

» 20/9/2022- “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb.

» 19/9/2022- “İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə layihənin icrasına başlamışdır.

» 16/9/2022- Əlillərin sosial müdafiəsinin gücləndirilməsi, əlillərin bilik və bacarıqlarından səmərəli istifadə adlı layihəsinin icrasına başlayıb.

» 15/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/9/2022- Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətlərində genişmiqyaslı təxribatı ilə əlaqədar B Ə Y A N A T I

» 12/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/9/2022- “Əlilliyi olan şəxslərin iqtisadi aktivliyinin dəstəklənməsi: sahibkarlıq təşəbüslərinin təşviqi və mövcud mexanizmlərdən yararlanma bacarıqlarının artırılması” layihəsi

» 10/9/2022- Göz dağına çevrilən işləməyən eskalatorlar

» 10/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/9/2022- 8 ayda 65 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 9/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/9/2022- 8 ayda 65 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 8/9/2022- DOST İş Mərkəzi ilk dəfə olaraq TV sahəsi üzrə birgə layihəyə başlayıb

» 7/9/2022- “Azərbaycanda pensiya islahatlarına dəstək” tvinninq layihəsinin ikinci mərhələsinə başlanıb

» 6/9/2022- Birdəfəlik ödəmə təyin olunan müharibə əlillərinin sayı artıq 14 mini ötüb