10 İyun 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/8/2022 Nazir Sahil Babayev: “Əvvəllər müharibə əlili olmuş, lakin sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş edilir”


Nazir Sahil Babayev: “Əvvəllər müharibə əlili olmuş, lakin sonradan

sağalmış şəxslərə də birdəfəlik ödəniş edilir”

 

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi mexanizmi humanist yanaşma, ödənişlə təminat proqramının əhatə dairəsinin daha geniş olması prinsipləri əsasında hazırlanıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində bildirib. O deyib ki, birdəfəlik ödəmə təkcə hazırda müharibə əlili statusunda olanlara deyil, həm də vaxtilə Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olmuş, lakin sonradan sağalmış, yəni reabilitasiya olunduğundan əlillik dərəcəsi hazırda olmayan şəxslərə də verilir.

Eyni zamanda, Birinci Qarabağ müharibəsi əlili vəfat etdiyi halda onların vərəsələrinə də bu vəsaitin verilməsi nəzərdə tutulub. Həmçinin əvvəllər hazırkı məbləğdən az ödəniş almış şəxslərə də ödəniş olacaq.

Nazir birdəfəlik ödəmə ilə təminat proqramının icrası üçün ötən dövrdə elektron sistem yaradıldığını, müvafiq e-məlumat bazası formalaşdırıldığını qeyd edib.  Birdəfəlik ödənişlərin e-sistem üzərindən proaktiv qaydada həyata keçirildiyini və artıq 11 min şəxsin bu ödənişlə əhatə olunduğunu bildirib.  

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 572 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 5/6/2023- Salyan rayonunda uşaqlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri təşkil olunub

» 3/6/2023- Uşaqlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş növbəti maarifləndirmə tədbiri Abşeron rayonunda keçirilib

» 2/6/2023- Maarifləndirmə tədbiri: “Uşaqlara qarşı zorakılığa son deyək!”

» 3/6/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 31/5/2023- Sosial sahə üzrə yeni proaktiv xidmətlər yaradılır

» 30/5/2023- Azərbaycanda yeni müavinətlər təsis edilir.

» 29/5/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 28/5/2023- 28 may - Müstəqillik günü

» 26/5/2023- Uşaqlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

» 26/5/2023- Qrant müsabiqəsinin nəticələri elan olundu

» 25/5/2023- Yaponiya hökuməti həssas vəziyyətdə olan ölkələrə yardım üçün 4 milyard dollar qrant ayıracaq.

» 25/5/2023- QRANT ELANI - İkinci iştirakçı axını üçün 2697 qrant ayrılıb.

» 25/5/2023- 850 minlik QRANT Müsabiqəsi - ELAN

» 25/5/2023- ABŞ səfirliyi müsabiqə elan edir

» 23/5/2023- Dövlət başçısının yeni Fərmanı ilə yaradılan Əməyin Mühafizəsi Mərkəzi əməyin mühafizəsi qaydalarının tətbiqində işəgötürənlərə metodiki dəstək verəcək

» 23/5/2023- Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şuraya seçki keçirildi - APA TV

» 20/5/2023- Alternativ hesabatların hazırlanması təlimləri - 2

» 15/5/2023- Tadamon Kraudfandinq Akademiyası Azərbaycanda layihə təkliflərinin qəbulu üçün müsabiqə elan edir.

» 10/5/2023- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciəti

» 9/5/2023- Əlil Təkilatları İttifaqının üzvləri Fəxri Xiyabanda Ümumilli lider H.Əliyevin məzarına ziyarət ediblər.