28 Noyabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
2/8/2022 Həmkarlar İttifaqları Konfederasiyasından həssas qrupların özünüməşğulluğuna növbəti dəstək


Həmkarlar İttifaqları Konfederasiyasından həssas qrupların özünüməşğulluğuna növbəti dəstək

 

Qurumların əməkdaşlığına dair Memorandum imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.

Sənədi əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev imzalayıblar.

S.Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən, sosial müdafiə və aktiv məşğulluq proqramlarının ildən-ilə genişləndirildiyini bildirib. O, 2021-ci ildə 16 mindən çox şəxsin özünüməşğulluq proqramına cəlb edildiyini, bu göstəricinin proqramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 14 dəfə çox olduğunu diqqətə çatdırıb. Son 4 ildə 50 minədək ailənin özünüməşğulluq proqramına cəlb edilərək kiçik ailə təsərrüfatlarını yaratdığını deyib.

Nazir proqramın icrasında xüsusilə şəhid ailələri və müharibə iştirakçılarına üstünlük verildiyini vurğulayıb. Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə bu kateqoriyalardan olan 8 min şəxsin özünüməşğulluq proqramına cəlb olunduğunu qeyd edib. S.Babayev özünüməşğulluq proqramının genişləndirilməsi işlərində sosial tərəfdaşlarla, o cümlədən AHİK-lə fəal əməkdaşlığın həyata keçirildiyini bildirib.

Sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstəyin növbəti ifadəsi olan yeni memorandumun bu sahədə əməkdaşlığı davam etdirməyə əsas yaratdığını vurğulayıb.

S.Möhbalıyev AHİK və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlıq gündəliyinin geniş olduğunu qeyd edib. Son vaxtlar həssas qrupların özünüməşğulluğunun dəstəklənməsi üzrə də əməkdaşlıq təcrübəsi formalaşdığını bildirib. İmzalanan yeni sənədin ölkəmizdə həssas əhali qruplarının sosial dəstəklə təminatı işlərində Konfederasiyanın da yaxından iştirak etdiyinin növbəti göstəricisi olduğunu diqqətə şatdırıb.

Qeyd edək ki, ötən il də həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi işlərinə Konfederasiya tərəfindən dəstək göstərilib. Bu dəstək çərçivəsində həssas qruplardan olan 27 şəxs özünüməşğulluq proqramına cəlb olunmaqla onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb. Həmin şəxslərdən  14-ü  şəhid ailəsi üzvü və müharibə iştirakçısıdır.

İmzalanan yeni Memorandum da həssas qrupların özünüməşğulluğunun təşkilində, proqram iştirakçıları üçün özünüməşğulluq istiqamətinin seçilməsində, biznes-planın hazırlanması və təlimlərin keçirilməsinə dəstək verilməsində, proqram iştirakçılarına aktivlərin təqdim edilməsində, biznes planların icrasının monitorinqində və s. iki qurum arasında  əməkdaşlığı nəzərdə tutur. 

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 590 dəfə oxunub




Flag Counter






» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

» 30/9/2023- “Maddi-mədəni irsimizin qorunması” qısametrajlı sənədli filmin təqdimatı keçirilib.

» 29/9/2023- “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi liə bağlı tədbirlərin təşkili ” layihəsi bitirmişdir.

» 30/9/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 29/9/2023- Milli Şəhərsalma forumları - Azərbaycanın şəhərsalma təcrübəsini bölüşdüyü beynəlxalq platforma

» 29/9/2023- Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib