07 Dekabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
18/7/2022 “QHT-lərin I İnkişaf və Mübadilə proqramı”nın təlimçiləri məlum oldu


Məlumat verdildiyi kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, onların bilik və bacarıqlarının artırılması məqsədilə “QHT-lərin I İnkişaf və Mübadilə proqramı”na başlayır.

 Sizi proqramın təlimçiləri ilə tanış edirik! 

Dr. Anar Vəliyev - ADA Universitetinin dosentidir. O, Tarix üzrə həm bakalavr (2001), həm də magistr təhsilini (2003) Bakı Dövlət Universitetində qazanmışdır. 2001-2003-cü illər ərzində isə ABŞ-ın İndiana Bluminqton Universiteti, İctimai və Ətraf-Mühit Məsələləri İnstitutunda “İctimai Siyasət” ixtisası üzrə 2-ci magistr təhsilini almışdır. 2007-ci ildə ABŞ-ın Lyusvil Universitetinin Şəhər və İctimai İşlər İnstitutunda dissertasiyasını uğurla müdafiə edərək doktorluq dərəcəsi qazanmışdır. Dr. Anar Vəliyev 2007-2008-ci illər aralığında Çexiya Respublikasının Brno şəhərində yerləşən Masarik Universitetinin Sosial Elmlər fakültəsində baş müəllim olaraq çalışmışdır. 2008-ci ildə indiki ADA Universitetinə qoşulmuş və hazırda universitetin Beynəlxalq və İctimai Münasibətlər İnstitutunun dekanı vəzifəsində çalışmaqdadır. Onun təcrübə sahəsinə post-Sovet respublikalarının ictimai siyasəti, vətəndaş cəmiyyəti, demokratiya və idarəetmə, şəhər planlaması və inkişafı daxildir. Dr. Vəliyev Avrasiya Tərəfdaşlıq Fondu, Asiya İnkişaf Bankı, Dünya Bankı, BMT İnkişaf Proqramı, BMT Ərzaq və Kənd Təsərrüfatı təşkilatı və  digərlərində müşavir olaraq çalışmışdır.

Vüsal Behbudov - həm Azərbaycanda, həm də Balkan və Aralıq dənizi ölkələri, Ukrayna, Rusiya, Türkiyə və ABŞ-da demokratik idarəçilik, sahibkarlığın inkişafı, seçkilər, insan hüquqları, münaqişələr və siyasi-iqtisadı inkişafa dair layihələrin idarə olunması, monitorinqi və qiymətləndirilməsini aparmışdır. 15 ildən çox müddət ərzində ATƏT, BP Xəzər regionu (Azerbaycan, Gürcüstan, Tükiyə), Avropa Şurası, BMT-nin İnkişaf Proqramında və digər Avropa İttifaqı və USAİD-nin maliyyələşdirdiyi layihələrdə çalışmış və sosial-iqtisadi inkişaf sahələri üzrə tövsiyələr hazırlamış, bacarıqların artırılması, monitorinq və texniki yardımla yanaşı demokratikləşmə və siyası inkişaf məsələləri üzrə məsləhətlər vermişdir. 2018-ci ildən etibarən, Vüsal Behbudov Avropa Komissiyasının beynəlxalq eksperti olaraq Azərbaycanda, Balkan və Aralıq dənizi ölkələrində, Ukraynada, Rusiyada və Türkiyədə 35-dən çox layihənin monitorinqi və qiymətləndirməsini həyata keçirmişdir.  

Vüsal Behbudov Beynəlxalq Münasibətlər üzrə ABŞ-ın George Mason Universitetindən magistr elmi (MSc) dərəcəsi, eyni zamanda İctimai İdarəetmə (İctimai İqtisadiyyat) üzrə İngiltərənin London İqtisadiyyat və Siyası Elmlər Universitetindən (LSE) yüksək magistr dərəcəsi almışdır. 

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 294 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 6/12/2022- Milli Xalça Muzeyində “İstedad sərhədsizdir” adlı sərgi açılıb

» 6/12/2022- Dünya Bankının tədbirində ölkəmizdəki dayanıqlı sosial müdafiə sistemi və bu sahədə hədəflərdən bəhs olunub

» 6/12/2022- “İşsizin dostu” proqramında hazırda 7,2 min müharibə veteranı, şəhid ailəsi üzvü, əlilliyi olan şəxs işləyir

» 6/12/2022- Əlilliyi olan şəxslərin məşğulluq imkanları müzakirə olunub

» 5/12/2022- QHT-lər bu halda cərimələnəcək - QANUN LAYİHƏSİ

» 3/12/2022- Qrant müsabiqəsinin qalibləri elan edildi - SİYAHI

» 3/12/2022- QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun 10-21 oktyabr 2022-ci il tarixlərində keçirdiyi 16-cı qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

» 3/12/2022- 3 dekabr 2022. “İnklüziv inkişaf üçün transformativ həllər: əlçatan və ədalətli dünyanı gücləndirməkdə innovasiyaların rolu”.

» 3/12/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/12/2022- “Azərbaycanda mina partlayışı qurbanlarına yardım” mövzusunda dəyirmi masa keçirilmişdir.

» 1/12/2022- Pensiyaçılar arasında keçirilən “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub

» 30/11/2022- Avropa İttifaqı "Yerüstü minalarsız Cənubi Qafqaz" regional kampaniyasını dəstəkləyir

» 30/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/12/2022- QHT Agentliyinin dəstəyilə uşaq inkişaf mütəxəssisləri üçün maarifləndirmə tədbiri təşkil olunub

» 30/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə

» 30/11/2022- "Biz Birik - Sağlam və inklüziv həyat" layihəsi çərçivəsində sosial çarx

» 29/11/2022- Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi layihəsi uğurla başa çatdı

» 29/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə sona çatdı!

» 26/11/2022- "Biz bir ailəyik - biz qalibik" adlı tədbir keçirilmişdir

» 25/11/2022- Agentlikdə Əvəz Həsənovun xatirəsi anılıb