09 Avqust 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
29/6/2022 Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək


Prezident İlham Əliyevdən pensiyaçılara daha bir dəstək

Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında

əhatə dairəsini daha da genişləndirəcək

 

Prezident İlham Əliyevin təsdiq etdiyi Qanuna yeni dəyişikliklər pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiya sisteminin humanist yanaşmalar əsasında təkmilləşdirilərək əhatə dairəsinin genişləndirilməsi, bu sistemə əlçatanlığın artırılması istiqamətində növbəti irəliləyişi təmin edir.

“Əmək pensiyaları haqqında” Qanunda 11 maddə üzrə 50-dək əlavə və dəyişiklik edilib.

Bunlardan biri - zərərli və ağır işlərdə çalışan şəxslərin pensiyaya çıxmasında yeni güzəştlərdir. Belə ki, həmin şəxslər üçün nəzərdə tutulmuş pensiya yaşına çatdıqda

Kişilərdən:

ü əvvəl - 12 il 6 ayı zərərli işlərlə bağlı olan 25 il staj və fərdi hesabda 48960 manat pensiya kapitalı tələb olunurdu;

ü bundan sonra - 12 il 6 ayı zərərli işlərlə bağlı olan 25 il staj, yaxud 12 il 6 ay zərərli işlərlə bağlı staj və fərdi hesabda 34560 manat pensiya kapitalı tələb olunacaq.

Qadınlardan:

ü əvvəl - 10 ili zərərli işlərlə bağlı olan 20 il staj və fərdi hesabda 56160 manat pensiya kapitalı tələb olunurdu;

ü bundan sonra - 10 ili zərərli işlərlə bağlı olan 25 il staj, yaxud 10 il zərərli işlərlə bağlı staj və fərdi hesabda 34560 manat pensiya kapitalı tələb olunacaq.

Göründüyü kimi, həmin şəxslərdən pensiyaya çıxmaq üçün tələb olunan pensiya kapitalı 30-38,5 faiz azaldılır.

Bu dəyişiklik hər il orta hesabla əlavə 1000 nəfərin pensiya hüququnun yaranmasına imkan verəcək.

Digər tərəfdən, güzəştli şərtlərlə pensiya təyin edilən şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti də kişilər üzrə 204-dən, qadınlar üzrə 234-dən 144-ə endirilir. Bu da onlara hesablanan pensiya məbləğinin orta olaraq 42-62 faiz artması ilə nəticələnəcək.

Məsələn, güzəştli şərtlərlə pensiya təyin olunan, 60000 manat pensiya kapitalı olan kişiyə 294,12 manat (60000:204), qadına 256,41 manat (60000:234) pensiya təyin olunurdusa, yeni dəyişikliyə əsasən onlara 416,67 manat (60000:144) pensiya təyin olunacaq.

Yeni dəyişiklik ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsində yeni addımların atılmasına da imkan verir:

ü Ailə başçısını itirməyə görə pensiyanın bir ailə üzvünə düşən hissəsi onun hüququ yaranan müavinətin məbləğindən az olduqda, ona ailə başçısını itirməyə görə pensiya əvəzinə həmin  müavinəti almaq hüququ verilir.

ü Bu zaman (eləcə də pensiya payını almadığı digər hallarda) onun pensiya payı bərabər şəkildə bölünərək digər ailə üzvlərinin pensiyasına əlavə olunacaq.

ü Vəfat edən şəxsin pensiya məbləği onun ailə üzvlərinə sonradan ailə başçısını itirməyə görə pensiya kimi təyin ediləndə ötən illərə uyğun şəkildə indeksasiya edilərək artırılacaq.

Məsələn, pensiyası 285 manat olan və 2019-cu ildə vəfat etmiş ailə başçısının həyat yoldaşına 2022-ci ildə ailə başçısını itirməyə görə pensiya təyin edildikdə həmin şəxsə 285 manat deyil, 382,8 manat pensiya təyin ediləcək.

ü Vəfat etmiş pensiyaçının pensiyasının məbləğinin də o, pensiyaya çıxdıqdan sonra vəfat edənədək topladığı pensiya kapitalı nəzərə alınmaqla ailə üzvünə müvafiq pensiya təyinatı zamanı yenidən hesablanması imkanı yaradılır.

Məsələn, 2017-ci ildə 245 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş şəxs işləməkdə davam edib və 2019-cu ildə vəfat edib. Artıq həmin iki illik dövr üzrə toplanmış pensiya kapitalının da  hesablanaraq nəzərə alınmaqla, ailə başçısını itirməyə görə təyin olunan pensiyanın artırılması mümkün olacaq.

“Əmək pensiyaları haqqında” Qanuna digər bir yeni dəyişiklik isə erkən pensiya hüququ olan çoxuşaqlı (5 və daha çox uşağı olan) qadınlara, sağlamlıq imkanları məhdud uşağı olan analara və atalara, uşaqlarını təkbaşına böyüdən atalara və qəyyumlara münasibətdə humanist, güzəştli yanaşmanı nəzərdə tutur.

Belə ki, bu kateqoriyadan olan, erkən pensiya hüququ yaranan şəxslərə:

ü E-sistem üzərindən, müraciət olunmadan, sənəd təqdim edilmədən, proaktiv qaydada pensiya təyinatı aparılacaq;

ü Onlardan fərdi hesabında (01.01.2006-01.07.2018-ci il tarixləri üzrə) hər hansı məbləğdə pensiya kapitalı olan şəxslərə 25 il sosial sığorta stajı hədiyyə edilməklə avtomatik pensiya hüququ şamil olunacaq.

Bu dəyişiklik hər il orta hesabla əlavə 960 nəfərin pensiya hüququnun yaranmasına da imkan verəcək. Yeni dəyişikliklə həmçinin:

ü 5 və daha çox uşağı övladlığa götürüb onları 8 yaşınadək tərbiyə etmiş qadınlara,

ü 5 və daha çox uşağı 8 yaşınadək tərbiyə etmiş qəyyum qadınlara,

ü sağlamlıq imkanları məhdud uşağını 8 yaşadək böyüdən analarla yanaşı, atalara da 5 il daha tez yaşa görə pensiyaya çıxa bilmək hüququ verilir.

Yeni redaksiyada pensiya sisteminin təkmilləşdirilməsi və müvafiq uyğunlaşdırmaların aparılması üçün digər bir sıra əlavə və dəyişikliklər də yer alıb.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1273 dəfə oxunub




Flag Counter






» 9/8/2022- DOST Agentliyinin yaradılmasından 4 il ötür

» 8/8/2022- Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərini əldə edirlər

» 6/8/2022- Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumu ilə əlaqədar Əlil Təşkilatları İttifaqının müraciəti

» 6/8/2022- “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 6/8/2022- “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 5/8/2022- Ombudsmanın Cənub Regional Mərkəzinin açılış mərasimi olub VİDEO

» 4/8/2022- Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib

» 4/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/8/2022- QHT sədrinə ağır itgi.

» 3/8/2022- Nazir Sahil Babayev: “Əvvəllər müharibə əlili olmuş, lakin sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş edilir”

» 2/8/2022- Həmkarlar İttifaqları Konfederasiyasından həssas qrupların özünüməşğulluğuna növbəti dəstək

» 2/8/2022- Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlandı

» 1/8/2022- Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib

» 1/8/2022- Şəhid uşaqları üçün yay düşərgəsində interaktiv təlimlər də təşkil olunur

» 1/8/2022- Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

» 1/8/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin icrasına başlanılıb

» 1/8/2022- Özünüməşğulluq proqramı üzrə son bir həftədə daha 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik ailə təsərrüfatları yaradılıb

» 1/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/7/2022- İctimai Şuraların Vahid Onlayn Platformaya inteqrasiyası ilə bağlı təlim keçirilib

» 30/7/2022- “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”nın açılış mərasimi keçirilib