XƏBƏRLƏR




- 28/6/2022 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.
QHT.az Modern.az-a istinadən xəbər verir ki, qaliblərin adları QHT Agentliyinin bu gün Şuşada təşkil etdiyi tədbridə elan olunub. Bildirilib ki, qrant müsabiqəsinə 8 istiqamət üzrə 227 layihə təqdim olunub. Onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.
Agentliyin icraçı direktoru Aygün Əliyeva deyib ki, “Şuşa ili”nə həsr olunmuş müsabiqənin qalib layihələrin icrası diqqət mərkəzində saxlanılacaq.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev qalib gələn təşkilatları təbrik edib, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada müxtəlif layihələrin gerçəkləşdirilməsinin olduqca əhəmiyyətli olduğunu qeyd edib.
Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi İdarə Heyətinin sədri Məftun Abbasov Şuşa şəhərinin təbliği baxımından vətəndaş cəmiyyəti nümayəndələrinə təşəbbüskarlıqlarına görə təşəkkürünü bildirib.
№ |
QHT-nin adı |
Rəhbərin adı |
Layihənin adı |
Təklif olunan məbləğ |
1. |
Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu |
Sabit Bağırov Aydın oğlu |
“Döndükdə gəlirimiz olsun” |
30100 |
2. |
"Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" ictimai birliyi |
Babayeva Səkinə Rəşid qızı |
"Qarabağ İncilərinin Avropa Sədası" |
40100 |
3. |
"Bakı insan hüquqları klubu" ictimai birliyi |
Cəfərov Rəsul Ağahəsən oğlu |
"Şuşa İnsan Hüquqları Təşəbbüsü" |
26000 |
4. |
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək ictimai birliyi |
Xəlili Fariz Sabir oğlu |
Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği |
32000 |
5. |
"Zəfər" Şəhid Ailələrinə Dəstək ictimai birliyi |
Alızadə Sevinc Əsgərxan qızı |
“Zəfər” Yay məktəbi |
35400 |
6. |
“Addım” yaradıcı gənclər assosiasiyası ictimai birliyi |
Cavadzadə Hüseyn Ədalət oğlu |
“Welcome to Shusha” – Beynəlxalq Səyahət Bloger və İnflunserlərin Multikultural Forumu |
35000 |
7. |
"Əlil Təşkilatları İttifaqı" |
Rəhimli Davud Səid oğlu |
"Hamı üçün müyəssər Şuşa" |
24300 |
8. |
“Hüquqi Təhlil və Araşdırmalar” ictimai birliyi |
İskəndərli Ramil Əvəz oğlu |
“30 il sonra Qayıdış” |
21200 |
9. |
“İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” ictimai birliyi |
Həsənova Şəlalə Arif qızı |
“Mədəniyyət kodu - Şuşa” adlı lonqrid |
26100 |
10. |
Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi |
Yusifov Fikrət Hüseyn oğlu |
ABŞ-da və Avstriyada “Şuşa İli”nə həsr edilmiş silsilə tədbirlər |
33000 |
11. |
"Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı" ictimai birliyi |
İsmayılov Faiq İslam oğlu |
İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması |
23500 |
12. |
"Xan Şuşinski" fondu |
Verdiyeva Bəyimxanım İsfəndiyar qızı |
Xaricdə "Şuşa İli" çərçivəsində “Qarabağ Azərbaycandır” adlı konsertin təşkili |
30150 |
13. |
“Sağlam İnkişaf və Maarifləndirmə” ictimai birliyi |
Xəlilov Anar Əhməd oğlu |
"Şuşa" Virtual Təbliğat Mərkəzi |
22570 |
14. |
“Karvan” gənclərin inkişafına dəstək ictimai birliyi |
Əhmədova Nurka Mübariz qızı |
Şuşada yay məktəblərinin və düşərgələrin təşkili |
20000 |
15. |
"Azərbaycan Vikimedia Könüllüləri” ictimai birliyi |
Atalıyev Elgün Yavər oğlu |
Şuşanın 270 illiyi ilə əlaqədar Vikipediyada 270 mövzu üzrə məqalələrin hazırlanması |
20000 |
16. |
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” ictimai birliyi |
Mirzəyev Ayaz Nizami oğlu |
“Erməni işğalı nəticəsində Şuşanın maddi-mədəni irsinin talanması və təhsil ocaqlarının dağıdılması” adlı sənədli film |
26370 |
17. |
“Cəmiyyətin və Medianın İnkişafı” ictimai birliyi |
Azərtaş Lalə Qabil qızı |
Şuşanı tanıyaq, tanıdaq! |
25260 |
18. |
"Azərbaycan Milli Kulinariya Assosiasiyası" ictimai birliyi |
Əmiraslanov Tahir İdris oğlu |
“Qarabağ mətbəxinin inciləri” |
25500 |
19. |
"İqtisadi və Sosial Araşdırmalara Yardım" ictimai birliyi |
Kərimli Əyyub Zöhrab oğlu |
Biz Şuşanın səfiriyik! |
25350 |
20. |
"Müasir İnformasiya Cəmiyyəti və İnnovasiyalar" ictimai birliyi |
Seymur Həsənov İmran oğlu |
"Şuşaya qayıdış prosesinə dəstək" |
18100 |
21. |
Azərbaycan İqtisadçılar İttifaqı |
Səmədzadə Ziyad Əliabbas oğlu |
"Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və perspektivləri" mövzusunda tədqiqatın aparılması |
29620 |
22. |
"İnnovativ Təşəbbüslərə Dəstək" ictimai birliyi |
Abbas Pənahov Cəfər oğlu |
“Şuşa Azərbaycanın Mədəniyyət beşiyidir” |
15550 |
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 112 dəfə oxunub