09 Avqust 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
22/6/2022 Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi


Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı  

ilə görüş keçirildi

Görülən sosial dəstək tədbirlərindən razılıq ifadə olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daha bir qrup şəhid ailəsi üzvü və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib. 44 günlük Vətən müharibəsindən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə icra olunan sosial dəstək tədbirlərindən bəhs olunub.

Görüşdə Vətən Müharibəsi Qəhrəmanı şəhid Adil İbrahimlinin atası Asəm İbrahimli, Vətən Müharibəsi Qəhrəmanı şəhid Surxay Noçuyevin atası Əbdül Noçuyev, həmçinin digər şəhid ailələrinin üzvləri və qazilərimiz iştirak edib. Çıxış edən şəhid ailələrinin üzvləri, qazilərimiz onların rifahı, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərdən, göstərilən dəstəkdən razılıqlarını, diqqət və qayğı ilə əhatə olunduqlarına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Həmçinin rəy və təkliflərini ifadə ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev müharibədən sonrakı dövrdə şəhid ailələrinin, qazilərimizin sosial müdafiə və aktiv məşğulluq proqramları, reabilitasiya xidmətləri ilə əhatə olunması üçün aparılan işləri diqqətə çatdırıb.

Bildirilib ki, postmüharibə dövründə şəhid ailəsi üzvləri və qazilərdən ibarət 100 min şəxsə 190 min xidmət göstərilib. Onlardan 93 min şəxsə proaktiv qaydada 104 min sosial ödəniş təyin olunub.  O cümlədən, şəhidlərin ailə üzvləri olan 7979 nəfərə, İkinci Qarabağ müharibəsi veteranları olan 81 856 şəxsə aylıq sosial ödənişlər təyin olunub. Müharibədə yaralanmış və müalicə müddəti bitmiş hərbçilərdən 3 min şəxsə əlillik və sosial ödənişlərin təyinatı aparılıb.

Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı keçən il 5 dəfə genişlənib və postmüharibə dövründə 3500, ümumilikdə ötən dövrdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Son 4 ildə də 1500, postmüharibə dövründə 264, bu il 100, ümumilikdə ötən dövrdə 7450 müharibə əlilinə minik avtomobili verilib.

Vətən müharibəsindən sonra həmçinin 12,1 mindən çox qazi və şəhid ailəsi  aktiv məşğulluq proqramlarına cəlb edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində də müharibə iştirakçılarının işlə təminatına xüsusi diqqət yetirilir və bu sistemdə çalışanlardan da  176 nəfəri müharibə iştirakçısıdır.

Postmüharibə dövründə İkinci Qarabağ müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə,1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi,  2500 qazi reabilitasiya xidmətləri, 5 min ailə sosial-psixoloji xidmətlərlə təmin olunub.

Ötən il şəhid ailələri, müharibə əlilləri, Milli Qəhrəmanların təqaüdləri, bu ilin əvvəlindən müavinətlər növbəti dəfə orta hesabla 60%, son 4 ildə şəhid ailələri, müharibə əlillərinə təqaüd və müavinətlər orta hesabla 2,5 dəfə, müharibə əlillərinə müavinət 2 dəfədən çox, orta aylıq pensiya 75 faiz artıb.

Qeyd olunan dəstək tədbirləri, şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı sosial proqramların genişləndirilməsi işləri qarşıdakı dövrdə də davam edəcək.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 106 dəfə oxunub




Flag Counter






» 9/8/2022- DOST Agentliyinin yaradılmasından 4 il ötür

» 8/8/2022- Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərini əldə edirlər

» 6/8/2022- Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumu ilə əlaqədar Əlil Təşkilatları İttifaqının müraciəti

» 6/8/2022- “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 6/8/2022- “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 5/8/2022- Ombudsmanın Cənub Regional Mərkəzinin açılış mərasimi olub VİDEO

» 4/8/2022- Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib

» 4/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/8/2022- QHT sədrinə ağır itgi.

» 3/8/2022- Nazir Sahil Babayev: “Əvvəllər müharibə əlili olmuş, lakin sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş edilir”

» 2/8/2022- Həmkarlar İttifaqları Konfederasiyasından həssas qrupların özünüməşğulluğuna növbəti dəstək

» 2/8/2022- Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlandı

» 1/8/2022- Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib

» 1/8/2022- Şəhid uşaqları üçün yay düşərgəsində interaktiv təlimlər də təşkil olunur

» 1/8/2022- Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

» 1/8/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin icrasına başlanılıb

» 1/8/2022- Özünüməşğulluq proqramı üzrə son bir həftədə daha 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik ailə təsərrüfatları yaradılıb

» 1/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/7/2022- İctimai Şuraların Vahid Onlayn Platformaya inteqrasiyası ilə bağlı təlim keçirilib

» 30/7/2022- “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”nın açılış mərasimi keçirilib