XƏBƏRLƏR




- 18/6/2022 Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı
Sağlamlıq imkanları məhdud uşaqlar üçün “Reabilitasiya
avtobusu” fəaliyyətə başladı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başlayıb. Avtobus Sumqayıt şəhəri, Masazır qəsəbəsi, 20 Yanvar dairəsi istiqamətində əvvəlcədən təyin olunmuş gözləmə məntəqələrindən uşaqları götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.
Məqsəd Bakı və ətraf ərazilərdə yaşayan, nəqliyyat problemi olan Əlilliyi olan uşaqların ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaqdır. Yeni xidmət habelə həmin uşaqlara göstərilən ambulator reabilitasiya xidmətlərinin davamlılığını və effektivliyini təmin etməyə yönəlib.
İlkin mərhələdə xidmət tələbata uyğun olaraq müəyyən edilmiş marşrutlar üzrə həftədə iki dəfə təşkil edilir.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 104 dəfə oxunub