29 İyun 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
5/5/2022 Bu il 10 mindən çox, son 3 ildə 155 min şəxsə əlillik təyin olunub


 Bu il 10 mindən çox, son 3 ildə 155 min şəxsə əlillik təyin olunub

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin ötən dövründə keçən ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çox olmaqla 10 mindən çox şəxsə əlillik təyin olunub.

Ümumilikdə son 3 ildə 155 minədək şəxsə əlillik və sosial ödənişlərin təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi tibb müəssisələri tərəfindən “Əlillik” altsisteminə daxil edilən göndərişlər əsasında, ekspert-vətəndaş təması olmadan, göndərişlərdəki diaqnozlar əsasında həyata keçirilir. Diaqnoz məlumatları şəxsin əlillik vəziyyətində olduğunu müəyyən etməyə əsas yaratdığı halda əlillik təyinatı həyata keçirilir.

Qanunvericiliyə əsasən əlillik müddətli və müddətsiz müəyyən edilir. Amputasiya və ya sağalmaz xəstəlik kimi geridönməz hallar olduqda, əlillik ömürlük, digər hallarda isə 5 illik müddətə təyin olunur. Beş illik müddət bitdikdə əlillik təkrar qiymətləndirilməlidir. Bunun üçün dövlət tibb müəssisələri tərəfindən e-sistemə göndəriş daxil edilməlidir. Göndəriş olmadığı təqdirdə əlillik müddətinin uzadılması, nəticədə əlilliyə görə sosial ödənişin davam etdirilməsi də mümkün olmur.

Məlumat üçün bildirək ki,  2020-2022-ci illər üzrə əlillik müddəti bitən şəxslərin əlilliyinin uzadılması üçün tibb müəssisələri tərəfindən e-sistemə daxil edilən göndərişlər (Forma 88) üzrə 57 min şəxsə əlillik təyin edilib.

Bir sıra hallarda e-sistemə daxil edilən göndərişlərin natamam tərtibi, şəxsin əlillik vəziyyətini müəyyən etməyə əsas yaradan zəruri qeydlərin göndərişdə olmaması şəxsin əlilliyi ilə bağlı qərar verilməsinə çətinlik yaradır. Təcrübədə hətta belə halda həqiqətən əlillik vəziyyətində olan şəxsin (tibbi-sosial ekspertiza xidmətinin onu əyani görməməsi, birbaşa təmas olmaması nəticəsində) əlilliyinin qiymətləndirilməsi mümkün olmadığından göndərişin geri göndərildiyi hallar olur.

Göndərişin təkrarən tibb müəssisəsinə geri göndərilməsi isə həmin sənədin daha dürüst  tərtib olunması məqsədi daşıyır və heç də şəxsə əlillik təyin edilməsindən imtina olunmasına dəlalət etmir.

Nazirliyin təşəbbüsü ilə hazırlanmış və Milli Məclis tərəfindən təsdiq olunmuş qanunvericilik layihəsi üzrə əlillik müddəti başa çatdıqdan sonrakı 6 ay ərzində təkrar əlillik təyin olunduğu halda ortada itirilmiş müddətin nəzərə alınması ötən ilin 24 iyulundan etibarən tətbiq edilir. Ötən dövr ərzində 12 mindən çox əlillik qiymətləndirilməsində bu müddəa tətbiq edilmiş və insanların ödəniş hüquqları təmin olunmuşdur.  

Əlillik təyinatından dərhal sonra avtomatik şəkildə proaktiv qaydada əlilliyə görə sosial ödənişlər təyin olunur. Son illərdə aparılan sosial islahatlar əlilliyi olan şəxslərə ödənilən sosial ödənişlərdə də ciddi artımlara imkan verib. 2018-ci ilin əvvəli ilə müqayisədə onlara ödənilən pensiyaların orta aylıq məbləği 82%, müavinət ödənişləri 3 dəfə, xüsusi kateqoriyalara aid əlilliyi olan şəxslərə təqaüd ödənişləri 5 dəfə çox  artıb.

Əlilliyi olan şəxslərə pensiya, müavinət, təqaüd formasında ödənişlərin ümumi illik məbləği isə 1 milyard 533 milyon manata çatıb.

 

Əlil Təşkilatları İttifaqı

      



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 107 dəfə oxunub




Flag Counter






» 28/6/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

» 28/6/2022- QHT nümayəndələrinin Şuşaya 2 günlük səfəri başlayıb

» 26/6/2022- Regionlarda “DOST” mərkəzləri yaradılır

» 25/6/2022- Nazirlik ötən il 45, bu il isə 6 qrant müqaviləsi qeydə alıb

» 25/6/2022- QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir

» 25/6/2022- İctimai Şuralara keçirilən seçkilər ilə bağlı sorğu keçirilib

» 24/6/2022- Əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradıldı

» 24/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/6/2022- “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim olundu

» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/6/2022- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2022-ci ilin yanvar-may aylarının yekunları üzrə fəaliyyətinə dair qısa məlumat

» 16/6/2022- "Partners & Business" sərgi-konfransında məşğulluq xidmətləri və əlilliyi olan şəxslərin əl işləri təqdim edilir

» 15/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!