01 İyul 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
16/4/2022 “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i növbəti tədbirini keçirib.


VəfaSosial Problemlərin Həllinə Dəstək İB-i növbəti tədbirini keçirib.

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının aşılanması” layihəsi çərçivəsində növbəti tədbirini Masazır kənd 5 nörməli tam orta məktəbdə keçirib. Baş tutan tədbirdə “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-in sədri Fatma Hacıyeva, məktəbin direktoru Səlim Məmmədov, məktəbin tədris üzrə dərs hissə müdiri Cəlalə Rzayeva, təlim-tərbiyə üzrə dərs hissə müdiri Aynurə Bağırova, məktəbin psixoloqu Samirə Allahverdiyeva və məktəbin şagird kollektivi iştirak edib. Layihə rəhbəri, eyni zamanda “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-nin sədri Fatma Hacıyeva çıxışında layihənin məqsədinin XX əsrin bəlalarından sayılan və  XXI əsrin də ən ağır problemləri sırasında qalmaqda olan narkomaniya, narkomanlığın gələcəyimiz olan gənclər arasında yayılmasının, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə aparmaq, gələcək üçün sağlam gənclik, sağlam vətəndaşın yetişdirilməsinə köməklik göstərmək olduğunu vurğulayıb. Müasir gəncliyin sağlam gələcəyinin təmin olunması istiqamətində məktəb şagirdləri ilə maarifləndirici söhbətlər edib.

Daha sonra məktəbin direktoru Səlim Məmmədov çıxışında şagirdləri narkotik vasitələrdən uzaq durmaları ilə bağlı tövsiyələr verib. Narkomaniyanın birbaşa onların gələcək həyatlarına necə mənfi təsir edəcəyini, narkotik vasitələrdən istifadə etməklə öz sağlamlıqlarını təhlükə altına salacaqlarını bildirib. Tədbir gedişatında məktəbin psixoloqu Samirə Allahverdiyeva və məktəbin tədris üzrə dərs hissə müdiri Cəlalə Rzayeva çıxış edərək sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması üçün maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsini, eyni zamanda ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemin həllinə cəlb olunmasının vacibliyini vurğulayıblar.

Tədbirin sonunda şagirdlərə məlumatlandırma bukleti və maarifləndirici kitabçalar paylanılıb. 

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 132 dəfə oxunub




Flag Counter






» 30/7/2022- Əlil Təşkilatları İttifaqı - tədbirlər 06

» 30/6/2022- Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı

» 29/6/2022- Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək

» 28/6/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

» 28/6/2022- QHT nümayəndələrinin Şuşaya 2 günlük səfəri başlayıb

» 26/6/2022- Regionlarda “DOST” mərkəzləri yaradılır

» 25/6/2022- Nazirlik ötən il 45, bu il isə 6 qrant müqaviləsi qeydə alıb

» 25/6/2022- QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir

» 25/6/2022- İctimai Şuralara keçirilən seçkilər ilə bağlı sorğu keçirilib

» 24/6/2022- Əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradıldı

» 24/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/6/2022- “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim olundu

» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!