12 Avqust 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
16/4/2022 Uğurlu sosial islahatlar 2022-ci ilin ilk rübündə də davam edərək növbəti irəliləyişlərə imkan verib


Kollegiya iclası

 

Uğurlu sosial islahatlar 2022-ci ilin ilk rübündə də davam edərək

növbəti irəliləyişlərə imkan verib

 

Mühüm nailiyyətlərdən biri də sosial islahatların
beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsi oldu

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə son illər geniş miqyas alan, konkret nəticələrə yönələn sosial islahatlar, həmin islahatlardan irəli gələn müsbət trendlər bu ilin ilk rübündə də davam edib.  Mühüm nailiyyətlərdən biri də sosial islahatların beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsi olub.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə cari ilin birinci rübünün yekunlarına dair keçirilən kollegiya iclasında bildirib.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlət başçısının qeyd etdiyi kimi, “Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib. Biz bu üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməliyik”. Ölkə Prezidentinin sosial sahəyə, həssas əhali qruplarına xüsusi qayğısı, imzaladığı fərman və sərəncamlar nəticəsində 2022-ci ilin əvvəlindən Azərbaycanda yeni ciddi sosial irəliləyişlərə imkan verən növbəti islahatlar həyata keçirilib.  

Qeyd olunub ki, illik maliyyə dəyəri 2,1 milyard manatdan çox olan bu yeni islahat paketi 3,4 milyon insanın rifahına dəstək olub. Həm əməkhaqlarında, həm də sosial təminat növləri üzrə ödənişlərdə yeni artımlar edilib.

Bu ilin ilk rübündə DOST Agentliyi Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanına layiq görülüb. Bu günlərdə isə Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını qazanıb. Dövlət Sosial Müdafiə Fondu da Böyük Britaniyada keçirilən “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsinin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatına layiq görülüb. Bütün bunlar Prezident İlham Əliyevin tapşırıqları əsasında sosial sahədə ölkəmizdə aparılan islahatların uğurlarının beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini bir daha təsdiq edir.

Azərbaycan minimum pensiyanın nominal və alıcılıq qabiliyyəti indeksinə görə MDB-də birinci sıraya yüksəlib. Sosial-iqtisadi islahatlar, məşğulluq imkanlarının və əməkhaqlarının mütəmadi artımı, əmək münasibətlərində leqallaşmanın genişlənməsi nəticəsində sosial sığorta daxilolmalarında son üç ayda da artım baş verib. Bu artım 152 milyon manat və ya 17 faiz təşkil edib.

Sosial ödənişlərin hər ay vaxtlı-vaxtında həyata keçirilməsi təmin edilib. Artım dinamikası ünvanlı sosial yardlımları da əhatə edib. Ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləği 21 faiz artaraq 300 manata çatıb.

Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin birinci rübündə 4 mindən çox şəxs özünüməşğulluq proqramına, 4,7 mindən çox şəxs peşə hazırlığı və peşəyönümü məsləhət tədbirlərinə cəlb edilib. 11  mindən çox şəxs münasib işlərlə təmin edilib. DOST mərkəzlərində 155 mindən çox və ümumilikdə fəaliyyət dövründə 806 mindən çox vətəndaşa xidmət göstərilib.

Şəhid ailələrinə və müharibə əlillərinə bu ilin ilk rübündə daha 200 mənzil, postmüharibə dövründə 3200, ümumilikdə cəmi 12500-dən çox mənzil və ya fərdi ev verilib. Bu il 1500 şəhid ailəsi və müharibə əlilinin mənzil və fərdi evlə təminatı nəzərdə tutulub.

İclasda nazirliyin fəaliyyət sahələrində cari ilin ilk rübündə görülən işlərin nəticələri ətraflı təhlil olunub.

 

Əlil Təşkilatları İttifaqı

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 148 dəfə oxunub




Flag Counter






» 9/8/2022- Azərbaycan və Moldova arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

» 9/8/2022- Sosial Xidmətlər Agentliyinin yeni Mərkəzində hər ay 40 nəfər uşağa reabilitasiya xidmətləri göstəriləcək

» 9/8/2022- QARABAĞ möhtəşəm qələbə!

» 9/8/2022- DOST Agentliyinin yaradılmasından 4 il ötür

» 8/8/2022- Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərini əldə edirlər

» 6/8/2022- Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumu ilə əlaqədar Əlil Təşkilatları İttifaqının müraciəti

» 6/8/2022- “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 6/8/2022- “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 5/8/2022- Ombudsmanın Cənub Regional Mərkəzinin açılış mərasimi olub VİDEO

» 4/8/2022- Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib

» 4/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/8/2022- QHT sədrinə ağır itgi.

» 3/8/2022- Nazir Sahil Babayev: “Əvvəllər müharibə əlili olmuş, lakin sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş edilir”

» 2/8/2022- Həmkarlar İttifaqları Konfederasiyasından həssas qrupların özünüməşğulluğuna növbəti dəstək

» 2/8/2022- Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlandı

» 1/8/2022- Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib

» 1/8/2022- Şəhid uşaqları üçün yay düşərgəsində interaktiv təlimlər də təşkil olunur

» 1/8/2022- Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

» 1/8/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin icrasına başlanılıb

» 1/8/2022- Özünüməşğulluq proqramı üzrə son bir həftədə daha 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik ailə təsərrüfatları yaradılıb