24 Mart 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
16/2/2022 Prezident İlham Əliyevin yeni Fərmanı ölkəmizdə uşaq qayğı sisteminin inkişafında yeni mərhələ açır


Prezident İlham Əliyevin yeni Fərmanı ölkəmizdə uşaq qayğı sisteminin

inkişafında yeni mərhələ açır

Bu gün Prezident İlham Əliyevin imzaladığı “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərman uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsinə imkan yaratmaqla, uşaq qayğı sisteminin inkişafında yeni mərhələ açır.

Fərmanla himayədar ailə sahəsində dövlət siyasətinin, tənzimləmənin və dövlət nəzarətinin həyata keçirilməsi 2022-ci il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilir.

O cümlədən, Nazirlik himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotunun elektron qaydada aparılmasını, valideyn himayəsindən məhrum uşaqların onlar üçün müəssisələrdə yerləşdirilməsini, həmin müəssisələri tərk etməsi ilə bağlı qərarların qəbulunu həyata keçirəcək.

Həmçinin sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə uşaqların müəssisələrdən ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi, eləcə də onların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görəcək. Həmin müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planları hazırlayacaq.

Himayədar ailə institutu uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən biri olmaqla, dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarına və bununla onların inkişafına şərait yaradılmasını nəzərdə tutur. Həmin modelin ölkəmizdə də tətbiqinə hazırlıq işləri aparılır. Bu sahədə Nazirlik tərəfindən qabaqcıl dünya təcrübəsi öyrənilir, xüsusilə Türkiyənin bu sahədə təcrübəsindən istifadəyə xüsusi önəm verilir və qardaş ölkə ilə fəal təcrübə mübadilələri aparılıb.

Dövlət başçısının yeni Fərmanı himayədar ailə institutunun ölkəmizdə uğurla formalaşmasına şərait yaradlır. Fərmanla bu sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər Nazirlər Kabineti tərəfindən yeddi ay müddətində hazırlanıb dövlət başçısına təqdim ediləcək.

Habelə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi himayədar ailə sahəsində dövlət siyasətini, tənzimləməni və dövlət nəzarətini, bu sahədə idarəetməni həyata keçirməsi ilə əlaqədar 2022-ci il noyabrın 1-dək Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təkmilləşdirilməsini təmin edəcək.

 

Əlil Təşkilatları İttifaqı

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 425 dəfə oxunub




Flag Counter






» 07/3/2023- Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 8/3/2023- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

» 8/3/2023- USAID-in Azərbaycan üzrə missiyasının rəhbəri Maykl Nirbas 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib

» 8/3/2023- Avropa İttifaqının səfiri: Qadın böyük qüvvədir

» 7/3/2023- Təbrik edirik!

» 6/3/2023- Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 3/3/2023- QHT Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edir

» 1/3/2023- Füzuli Mərkəzi Parkında inklüzivliyin təmin olunması müzakirə olunub

» 28/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/02/2023- UNDP Azərbaycan

» 25/2/2023- Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar şəhid Murad Məmmədovun əl işlərindən ibarət sərgi keçirilib

» 25/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/2/2023- Dünya Bankının insan inkişafı üzrə regional direktoru Fadia Saadahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub

» 23/2/2023- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 22/2/2023- Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

» 22/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/2/2023- “Qarabağ Duyğularımın Rəngi ilə” adlı sərgi keçirilib

» 21/2/2023- “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

» 20/2/2023- Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib

» 17/2/2023- Agentlik Kiçik Qrant məbləğində dəyişiklik etdi