16 May 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26/1/2022 Masallı və Salyan rayonlarında əlilliyi olan və hərəkət məhdudiyyəti olan şəxslərin sərbəst girişinin təmin olunması məqsədi ilə 18 qurumun yerləşdikləri binaların girişində standartlara uyğun 11 platforma liftlər və ramplar quraşdırmışdır.


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun dəstəyi ilə Masallı və Salyan rayonlarında əlilliyi olan və hərəkət məhdudiyyəti olan şəxslərin sərbəst girişinin təmin olunması məqsədi ilə hər rayonda 18 qurumun yerləşdikləri binaların girişində standartlara uyğun 11 platforma liftlər və ramplar quraşdırmışdır.

 Masallı şəhərində:

  • Rayon İcra Hakimiyyətinin girişində platforma lift,
  • Heydər Əliyev Mərkəzində küçədən girişdə beton plitə ramp və Mərkəzə girişdə metal konstruksiyalı ramp ,
  • ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin, Dövlət Məşğulluq Agentliyi Dövlət Əmək Müfətişliyinin Regional şöbələrinin yerləşdiyi binanın girişində metal kostruksiyalı ramp,
  • Azərpoçtun Masallı Rayon filialı idarəsi və Bankın girişində beton plitə ramp
  • Mərkəzi Parkda metal konstruksiyalı ramp.

Salyan şəhərində:

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsinin 2 saylı Şirvan-Salyan regional filialının girişində platforma lift,
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Salyan Rayon Mərkəzləşdirilmiş Baş Kitabxananın girişində metal konstruksiyalı ramp,
  • Salyan Rayon İcra Hakimiyyətinin Salyan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi, Salyan Rayon Bələdiyyəsi, Dövlət Məşğulluq Agentliyinin rayon filialı, İctimai birlik və xidmət qurumlarının yerləşdikləri binanın girişində platforma lift,
  • Ərazi Vergilər Xidməti idarəsinin girişində metal konstruksiyalı ramp.

Bu işlərin görülməsi Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Xanım Əliyevanın təşəbbüsü ilə ƏƏSMN-nin maliyyələşdirdiyi və BMTİP və BMT-nin Əhali Fondunun birgə icra etdiyi "Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi" layihəsi çərçivəsində həyata keçirilmşdir.

 Müyəssərlik təmin olunan yerlərdə müvafiq işarələr qoyulmuş, aidioyyatı qurum nümayəndələrinə təlimatlar verilmişdir.
 

 Əlil Təşkilatları İttifaqı
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 268 dəfə oxunub




Flag Counter






» 16/5/2022- Öyrən, əylən, peşəni seç! Peşələr festivalı başlayıb

» 15/5/2022- “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

» 14/5/2022- Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

» 13/5/2022- Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

» 12/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 145/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/5/2022- Ümummilli Lider Heydər Əliyev - 99

» 10/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/5/2022- Son nəsil protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirildi

» 6/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 5/5/2022- Bu il 10 mindən çox, son 3 ildə 155 min şəxsə əlillik təyin olunub

» 5/5/2022- 5 may- beynəlxalq əlilliyi olan insanların hüquqlarının müdafiəsi günü

» 5/5/2022- “Əmək və Məşğulluq” altsistemi istifadəyə verildi

» 4/5/2022- DOST Agentliyi daha 3 beynəlxalq mükafatla təltif edildi

» 4/5/2022- Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq mükafata layiq görüldü

» 4/5/2022- 50 avtomobil Vətən müharibəsi əlillərinə təqdim edildi

» 4/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/5/2022- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər.