16 May 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
11/1/2022 Ötən il 62 min şəxsə əlillik və sosial ödənişlər təyin olunub


Ötən il 62 min şəxsə əlillik və sosial ödənişlər təyin olunub

2500-dən çox Vətən müharibəsi iştirakçısına əlillik təyinatı aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ötən il 62 min şəxsə əlillik dərəcələri və bununla əlaqədar sosial ödənişlər təyin olunub. 2021-ci ildə əlillik təyin olunanların sayı əvvəlki ilə nisbətən 2 dəfədən də  çox olub.

Bu barədə Agentliyin ötən ilki fəaliyyətinə və qarşısında duran hədəflərə həsr olunmuş iclasda qeyd edilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyin qiymətləndirilməsi sahəsində obyektivliyin və şəffaflığın, ədalətli yanaşmanın təmin olunmasının daim diqqətdə saxlandığını qeyd edib. O, həmçinin Vətən müharibəsinda yaralanmış hərbçilərin əlilliyinin qiymətləndirilməsinə xüsusi qayğı ilə yanaşıldığını, eləcə də son illərdə yaradılmış müasir reabilitasiya infrastrukturundan istifadə edilməklə həmin hərbi qulluqçuların effektiv reabilitasiya xidmətləri ilə təminatı işlərinin aparıldığını diqqətə çatdırıb.

Bildirilib ki, Vətən müharibəsinda yaralanmış hərbçilərdən artıq 2515 nəfərə əlillik dərəcələri, Prezidentin aylıq təqaüdü və əlilliyə görə pensiya, yaxud əllliyə görə müavinət təyin olunub. Eyni zamanda, 184 hərbçi  yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin edilib.

Keçən il əlilliyi olan şəxslərə əvvəlki ilə nisbətən 37,1% çox olmaqla 48 min reabilitasiya vasitəsi verilib. 8716 şəxs reabilitasiya vasitələri ilə təmin olunub ki,  onlardan 1200 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.  Agentliyin reabilitasiya müəssisələrində ötən il 9325 nəfərə reabilitasiya xidmətləri göstərilib.

İclasda yaxın vaxtlarda Şəmkir Uşaq Reabilitasiya Mərkəzinin istifadəyə veriləcəyi qeyd edilib. Əliliyin qiymətləndirilməsi işində operativliyin və şəffaflığın artırılması, əlilliyin müəyyən edilməsində yeni meyarların tətbiqinə hazırlıq, bu sahədə praktiki təlim proqramının hazırlanması işlərindən bəhs olunub. 

Reabilitasiya xidmətlərində tibbi modeldən biopsixososial modelə keçidin təmini, bu xidmətlərin əlçatanlığının və əhatə dairəsinin artırılması, səyyar reabilitasiya xidmətlərinin təşkili, kadr potensialının gücləndirilməsi, əlillik və reabilitasiya sahəsində rəqəmsallaşmanın geniş tətbiqi və s. istiqamətlərdə  aparılan işlər müzakirə olunub.

 

Əlil Təşkilatları İttifaqı

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 155 dəfə oxunub




Flag Counter






» 16/5/2022- Öyrən, əylən, peşəni seç! Peşələr festivalı başlayıb

» 15/5/2022- “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

» 14/5/2022- Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

» 13/5/2022- Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

» 12/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 145/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/5/2022- Ümummilli Lider Heydər Əliyev - 99

» 10/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/5/2022- Son nəsil protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirildi

» 6/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 5/5/2022- Bu il 10 mindən çox, son 3 ildə 155 min şəxsə əlillik təyin olunub

» 5/5/2022- 5 may- beynəlxalq əlilliyi olan insanların hüquqlarının müdafiəsi günü

» 5/5/2022- “Əmək və Məşğulluq” altsistemi istifadəyə verildi

» 4/5/2022- DOST Agentliyi daha 3 beynəlxalq mükafatla təltif edildi

» 4/5/2022- Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq mükafata layiq görüldü

» 4/5/2022- 50 avtomobil Vətən müharibəsi əlillərinə təqdim edildi

» 4/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/5/2022- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər.