29 Yanvar 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
10/11/2021 QHT Agentliyi Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.
 
 
Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
 
İclasda  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri və QHT təmsilçiləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlanıb. Məktubda deyilir:
 
"Möhtərəm cənab Prezident,
 
Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirik.
 
44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Zəfər tarixidir. Bu qələbə Ali Baş Komandan kimi qətiyyətiniz, Azərbaycan xalqının sıx birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı və fədakarlığı nəticəsində mümkün oldu. 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycanın tarixi qələbəsi işğalçı Ermənistanın yaratdığı mifləri dağıtdı, xalqımıza mənəvi üstünlük gətirdi, tarixi inkişafımızda, yüksəlişimizdə yeni mərhələnin uğurlu başlanğıcının əsasını qoydu.
 
Sizin diplomatik cəbhədə və informasiya müharibəsində əzmkar fəaliyyətiniz mahir diplomatiyanın parlaq nümunəsi, güclü və təcrübəli, uzaqgörən dövlət xadiminin qətiyyətinin təcəssümü idi. Xalqımızı səfərbər edərək böyük qələbəyə aparan Müzəffər Ali Baş Komandan kimi Sizinlə, torpaqlarımızın işğaldan azad olunmasında canından keçən qəhrəman əsgər və zabitlərimiz, şanlı Ordumuzla qürur duyuruq.
 
Möhtərəm cənab Prezident,
 
Ermənistan işğalından azad olunan ərazilərimizin qısa zaman kəsiyində minalardan təmizlənməsi işlərinin aparılması, öz yurdlarından köçkün düşmüş soydaşlarımızın azad olunmuş torpaqlarımıza Böyük qayıdışı, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi naminə aparılan quruculuq işləri, şəhid ailələrinə və qazilərimizə göstərilən yüksək qayğı xalqımız, o cümlədən vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən yüksək qiymətləndirilir, dəstəklənir.
 
Azərbaycanın regionda inkişaf və sülh naminə çağrışları və əməli fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur, qələbəmizin nəticələrini və ölkəmizin nüfuzunu gücləndirir. Azərbaycan regionda sülhün, əmin-amanlığın təminatı üçün bütün imkanlardan istifadə edir, bu istiqamətdə atılan addımlar bölgədə dayanıqlı sülhə və inkişafa zəmin yaradır.
 
Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının mütləq əksəriyyəti Sizin rəhbərliyiniz altında işğaldan azad olunan torpaqlarımıza Böyük qayıdış və həmin ərazilərdə həyata keçiriləcək dirçəliş fəaliyyətlərinə tam dəstəyini ifadə edir, yerli və beynəlxalq tribunalarda ölkəmizin haqq işinin müdafiəsi və təbliği işində əlindən gələni əsirgəməyəcəyini əminliklə bildirir.
 
Möhtərəm cənab Prezident,
 
Sizin də qeyd etdiyiniz kimi, Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Bu bayramı bizə yaşadan əziz şəhidlərimizi rəhmət və ehtiramla anırıq.
 
Zəfər bayramınız mübarək!
 
Yaşasın Müzəffər Ali Baş Komandan!
 
Yaşasın rəşadətli Azərbaycan ordusu!
 
Yaşasın Azərbaycan xalqı!
 
Qarabağ Azərbaycandır!
 
Dərin hörmətlə,
 
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
 
Müşahidə Şurasının üzvləri və QHT təmsilçiləri:
 
Vüsal Quliyev
İsrayıl İsgəndərov
Əvəz Həsənov
Azər Allahverərov
Nurəddin Mehdiyev
Günel Səfərova
Zaur İbrahimov
Novella Cəfərova
Umud Mirzəyev
Sahib Məmmədov
Əliməmməd Nuriyev
Rauf Zeyni
Rey Kərimoğlu
Səltənət Qocamanlı
Səadət Bənənyarlı
Cəlil Xəlilov
Davud Rəhimov
Rəna Mirzəzadə
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 146 dəfə oxunub




Flag Counter






» 27/1/2022- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb

» 27/1/2022- Göygöl rayonundakı Psixonevroloji Sosial Xidmət Müəssisəsində 135 şəxsə stasionar şəraitdə sosial xidmətlər göstərilir

» 26/1/2022- Masallı və Salyan rayonlarında əlilliyi olan və hərəkət məhdudiyyəti olan şəxslərin sərbəst girişinin təmin olunması məqsədi ilə 18 qurumun yerləşdikləri binaların girişində standartlara uyğun 11 platforma liftlər və ramplar quraşdırmışdır.

» 25/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/1/2022- Ədliyyə Nazirliyinin "Çağrı Mərkəzi"nin yeni 881 nömrəsi təqdim edildi - VİDEO

» 24/1/2022- “2021-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə başlanılıb”.

» 24/1/2022- Milli Məclisin İnsan hüquqları komitəsi yanında insan haqları ilə bağlı Çevik Qrup yaradılacaq.

» 22/1/2022- Mədəniyyət Nazirliyi yanında İctimai Şurada 2021-ci il üzrə görülən işlər barədə məlumat.

» 24/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/1/2022- “Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub

» 22/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/1/2022- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər YENİLƏNİB VİDEO

» 20/1/2022- 20 yanvar - Birlik günü

» 20/1/2022- 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri sosial müdafə tədbirləri ilə əhatə olunub

» 18/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/1/2022- Ötən il gecikdirilmiş 1257,4 min manat sosial ödənişin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib