29 Yanvar 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
10/11/2021 ÜST Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri ilə görüş olub


 

ÜST Avropa Regional Ofisinin reabilitasiya üzrə regional

texniki rəhbəri ilə görüş olub

Köməkçi texnologiyalar-reabilitasiya vasitələri sisteminin inkişafında

ölkəmizin ÜST ilə fəal əməkdaşlıq təcrübəsi yaranıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri Satiş Mişra ilə görüş olub.

Görüşdə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Avropa Regional Ofisin Reabilitasiya və Əlillik üzrə Regional texniki əməkdaşı Cathal Morgan da iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev ölkəmizdə əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində aparılan işləri diqqətə çatdırıb. Bildirib ki,  Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində bu kateqoriyadan olan şəxslərin reabilitasiya imkanlarının artırılması üçün ardıcıl işlər aparılır. Son iki ildə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz olunaraq istifadəyə verilib. Reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi üçün  bölgələrdə daha iki reabilitasiya mərkəzinin də açılmasına hazırlıq işləri aparılır.

Nazir müavini dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısına ötən il daha 23 yeni növün də daxil edildiyini, siyahıdakı reabilitasiya vasitələrinin sayının 57-yə çatdırıldığını bildirib. Ötən ilin dekabrından ölkəmizdə yüksək texnologiyalı protezlərlə, bu ilin ilk aylarından mühərrikli təkərli oturacaqla da təminata başlandığını  qeyd edib.

H.Abdullayev bildirib ki, ÜST ilə əməkdaşlıq köməkçi texnologiyalar (reabilitasiya vasitələri) ilə təminatın həmin vasitələrə ehtiyac duyan digər kateqoriyalar üzrə  əhatəsinin genişləndirilməsi üçün tələbat və təkliflər üzrə məlumatlar bazasının formalaşdırılması, qiymətləndirmələrin aparılması işlərini də əhatə edir.

Qeyd edilib ki, ümumilikdə köməkçi texnologiyalarla təminat sisteminin inkişaf etdirilməsində ÜST ilə fəal əməkdaşlıq təcrübəsi yaranıb. Ötən ay ÜST-nın Avropa Regional Bürosunun köməkçi texnologiyalar üzrə onlayn formatda təşkil etdiyi, 53 ölkənin qatıldığı Regional Məşvərət İclasında köməkçi texnologiyalar üzrə milli sistemlərə dair məruzəsi gündəliyə salınmış 4 ölkədən biri Azərbaycan olub. 53 ölkə arasında Böyük Britaniya, Norveç, Hollandiya və Azərbaycan iclasın gündəliyində yer alıb.

Bu da təbii ki, qeyd edilən sahədə ölkəmizin ÜST ilə səmərəli əməkdaşlığına həmin Təşkilat tərəfindən yüksək dəyər verildiyini göstərir.

S.Mişra köməkçi texnologiyalar üzrə milli sistemlərin inkişafı sahəsində aparılan işlərin, Nazirliyin bu sahədə mütərəqqi yanaşmalarının, ÜST-lə birgə məqsədyönlü fəaliyyətinin  təqdirəlayiq olduğunu bildirib.

Görüşdə köməkçi texnologiyalar-reabilitasiya vasitələri sisteminin inkişafı məsələləri, bu sistemə olan tələbat və təkliflər haqqında məlumatlar bazasının formalaşması üçün cari ilin ötən dövründə aparılan tədqiqat işləri müzakirə olunub.

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 140 dəfə oxunub




Flag Counter






» 27/1/2022- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb

» 27/1/2022- Göygöl rayonundakı Psixonevroloji Sosial Xidmət Müəssisəsində 135 şəxsə stasionar şəraitdə sosial xidmətlər göstərilir

» 26/1/2022- Masallı və Salyan rayonlarında əlilliyi olan və hərəkət məhdudiyyəti olan şəxslərin sərbəst girişinin təmin olunması məqsədi ilə 18 qurumun yerləşdikləri binaların girişində standartlara uyğun 11 platforma liftlər və ramplar quraşdırmışdır.

» 25/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/1/2022- Ədliyyə Nazirliyinin "Çağrı Mərkəzi"nin yeni 881 nömrəsi təqdim edildi - VİDEO

» 24/1/2022- “2021-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə başlanılıb”.

» 24/1/2022- Milli Məclisin İnsan hüquqları komitəsi yanında insan haqları ilə bağlı Çevik Qrup yaradılacaq.

» 22/1/2022- Mədəniyyət Nazirliyi yanında İctimai Şurada 2021-ci il üzrə görülən işlər barədə məlumat.

» 24/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/1/2022- “Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub

» 22/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/1/2022- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər YENİLƏNİB VİDEO

» 20/1/2022- 20 yanvar - Birlik günü

» 20/1/2022- 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri sosial müdafə tədbirləri ilə əhatə olunub

» 18/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/1/2022- Ötən il gecikdirilmiş 1257,4 min manat sosial ödənişin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib