09 Dekabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26/10/2021 Bu il 1300-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib


Bu il 1300-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq

 proqramına cəlb edilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının icrasında həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir.

Cari ilin ötən dövründə proqrama 1300-ə yaxın əlilliyi olan şəxs cəlb edilib. Onlar üçün təlimlər təşkil olunub, təlimlərdə kiçik biznesin təşkili və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələniblər.

Həmin şəxslər proqram çərçivəsində seçdikləri sahələr üzrə mal və materiallarla təmin olunaraq öz təsərrüfatlarını qurub.

Hazırda da özünüməşğulluq proqramının icrası, xüsusilə həssas qruplardan olan işsiz şəxslərin proqrama cəlb olunması, onlar üçün təlimlərin təşkili işləri davam edir.  

Əlil Təşkilatları İttifaqı



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 93 dəfə oxunub




Flag Counter