09 Dekabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
19/10/2021 “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatdı


“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatdı

 

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və  müharibədə yaralanmış qazilərimizin məşğulluğuna dəstək vermək üçün “Məşğulluq marafonu”nda iştirak edən işəgötürənlərin sayı artmaqda davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başladılan marafona indiyədək 558 işəgötürən (292-i dövlət, 266-ı isə özəl) qoşularaq 3057 vakansiya təqdim edib.

Həmin vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 906 nəfər (145 şəhid ailəsi üzvü və 761 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olan vətəndaşlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında

məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

 

“Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!”

 Əlil Təşkilatları İttifaqı 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 127 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter