XƏBƏRLƏR




- 23/9/2021 Vətən müharibəsində yaralanmış 2000 nəfərədək qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Vətən müharibəsində yaralanmış 2000 nəfərədək qaziyə əlillik
və müvafiq sosial ödənişlər təyin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərdən ibarət işçi qrupu Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işlərini davam etdirir.
Artıq Vətən müharibəsinin 2000 nəfərədək iştirakçısına ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı həyata keçirilib. Əlillik təyinatından dərhal sonra proaktiv qaydada onlara müvafiq sosial ödənişlər təyin edilib.
Qazilərin əlilliyinin qiymətləndirilməsi Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk mərhələdə əyani müayinəsi keçirilməklə və müvafiq sənədləşdirmə işləri görülməklə aparılır.
Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim olunur. Həmin şəhadətnamə və tibb müəssisələri tərəfindən elektron sistemə daxil edilmiş göndəriş (forma 88) əsasında, yekun mərhələ olaraq əlilliyin qiymətləndirilməsi aparılır.
Bu xəbər 303 dəfə oxunub