29 Noyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
13/8/2021 Media nümayəndələri qazilərə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanış olublar


Media nümayəndələri qazilərə göstərilən reabilitasiya və sosial-psixoloji

 xidmətlərlə tanış olublar

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Yevlax Reabilitasiya Mərkəzində Vətən müharibəsi qazilərinə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanış olmaq üçün həmin mərkəzə mediatur təşkil edilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən Nazirlik tərəfindən son illərdə reabilitasiya infrastukturunun müasir tələblərə uyğun qurulması istiqamətində mühüm işlər aparılıb. 2019-2020-ci illərdə və cari ilin ilk rübündə Yevlax şəhərindəki Reabilitasiya Mərkəzi də daxil olmaqla 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidən qurmadan sonra, müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib. Həmin müəssisələrdə qazilərimizə keyfiyyətli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilməkdədir. 

Bununla yanaşı, 44 günlük Vətən müharibəsində yaralanaraq aşağı ətrafları amputasiya olunmuş 114 hərbçi 118 ədəd yüksək texnologiyalı müasir protezlə təmin  edilib. Əlavə olaraq bu il Birinci və İkinci Qarabağ müharibəsi əlillərindən ibarət 1157 nəfərin 8612 reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib. Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlər aparılır.

Media nümayəndələri Yevlax Reabilitasiya Mərkəzində Vətən müharibəsi qaziləri ilə bağlı aparılan reabilitasiya işləri ilə tanış olub, göstərilən xidmətlər barədə qazilərin fikirlərini öyrəniblər. Müəssisədə yeni müasir tibbi-reabilitasiya avadanlıqlarından istifadə  olunmaqla və səmərəli fizioterapevtik prosedurlar, həmçinin müalicəvi bədən tərbiyəsi, massaj, ozonoterapiya, elektrofarez və digər prosedurlar tətbiq edilməklə reabilitasiya xidmətləri göstərilir.

Jurnalistlərə  reabilitasiya sistemində elektron texnologiyaların geniş tətbiqi işləri barədə də məlumat verilib.

  Əlil Təşkilatları İttifaqı 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 186 dəfə oxunub




Flag Counter






» 12/11/2021- QHT Agentliyi Müşahidə Şurasının üzvləri maliyyə nazirinə etiraz edib

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/11/2021- QHT Agentliyi Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN

» 10/11/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

» 10/11/2021- ÜST Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri ilə görüş olub

» 10/11/2021- Şəhid ailələri və qazilər üçün sosial dəstək proqramları daha da genişlənəcək

» 9/11/2021- "İstedadlı Əlillər" İctimai Birliyinin və "Azərbaycan Beynəlxalq Jurnalının" təşkilatcılığı ilə 8 Noyabr Zəfər gününə həsr edilmiş "Biz Birlikdə Güclüyük" adlı tədbir kecirildi.

» 8/11/2021- Bakıda Zəfər yürüşü keçirilib

» 7/11/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında iştirak ediblər VİDEO

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/11/2021- Hamı üçün layiqli iş - Sumqayıt

» 5/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/11/2021- “Məşğulluq marafonu” çərçivəsində 1000-dən şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

» 5/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 28/10/2021- “Tut əlimdən” layihəsi: Agentlik sədri şəhid uşaqları ilə bir gün keçirdi

» 28/10/2021- İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçmişdir. BakuBus

» 28/10/2021- MDB-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının 34-cü iclası keçirilir