06 Dekabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
12/8/2021 Sumqayıt Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərin əl işlərinin sərgisi təşkil olunub


Sumqayıt Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərin

əl işlərinin sərgisi təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzində burada bərpa müalicəsi kursu keçən əlilliyi olan şəxslərin əl işlərinin sərgisi təşkil olunub.

Məqsəd bu kateqoriyadan olan şəxslərin istedad və bacarıqlarının, yaradıcılıq nümunələrinin cəmiyyətə tanıdılması, yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına, cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.

2019-2020-ci illərdə və cari ilin ötən dövründə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib ki, onlardan biri də Sumqayıt Reabilitasiya Mərkəzidir. Müasir tələblərə uyğun şəraitin yaradıldığı müəssisədə səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında, müasir avadanlıqlardan istifadə olunmaqla əlilliyi olan şəxslərə tibbi-sosial reabilitasiya xidmətləri göstərilir.

Həmçinin onların  peşə-əmək reabilitasiyasının təşkili işləri də aparılır. Peşə-əmək reabilitasiyası - əlilliyi olan şəxsin peşə seçiminə, əvvəlki və ya yeni peşədə əmək qabiliyyətinin qaytarılması məqsədi ilə zəifləmiş, yaxud itirilmiş funksiyasının bərpa edilməsinə və ya onun yeni peşəyə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər sistemidir.

Mərkəzdə əlilliyi olan şəxslərin peşə-əmək qabiliyyəti nəzərə alınaraq onların ümumi və xüsusi təlim proqramları əsasında peşə hazırlığı da təşkil edilir. Onlar üçün toxuculuq, daş tozundan fiqurların və s. düzəldilməsi kursları təşkil edilib.

Sərgi çərçivəsində mərkəzdə peşə-əmək reabilitasiyası işinin təşkili üçün yaradılan əmək terapiyası otağının təqdimatı da olub.

Əlil Təşkilatları İttifaqı

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 156 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 3/12/2021- 2021-ci il kiçik qrant müsabiqəsinin elanı

» 3/12/2021- 3 dekabr Beynəlxalq əlilliyi olan şəxslər günü

» 3/12/2021- Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verildi

» 4/12/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 4/12/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/11/2021- Salyanda Görüş

» 24/11/2021- Masallı şəhəri Respublikamızda əlilliyi olan, hərəkət məhdudiyyəti olan şəxslər üçün ən müyəssər şəhərdir.

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/11/2021- QHT Agentliyi Müşahidə Şurasının üzvləri maliyyə nazirinə etiraz edib

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/11/2021- QHT Agentliyi Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN

» 10/11/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

» 10/11/2021- ÜST Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri ilə görüş olub

» 10/11/2021- Şəhid ailələri və qazilər üçün sosial dəstək proqramları daha da genişlənəcək

» 9/11/2021- "İstedadlı Əlillər" İctimai Birliyinin və "Azərbaycan Beynəlxalq Jurnalının" təşkilatcılığı ilə 8 Noyabr Zəfər gününə həsr edilmiş "Biz Birlikdə Güclüyük" adlı tədbir kecirildi.

» 8/11/2021- Bakıda Zəfər yürüşü keçirilib