01 Avqust 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
15/6/2021 Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?


Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirmişdir. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltməmiş, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülmüşdür. Qiyamçı hərbi hissənin rəhbərliyi  Baş nazir və Milli Məclis Sədrinin, sonra isə Prezidentin istefasını tələb etmişdir. Vəziyyət nəzarətdən çıxmış, ətraf rayonların icra başçıları zorla dəyişdirilmiş, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas almışdır. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görmüşdür. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strateq Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başlamışdır. Ümummilli liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım olmuşdur. Bundan bir neçə gün sonra - iyun ayının 15-də isə ulu öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsinə razılıq vermişdir. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrilmişdir. Beləliklə də, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil edilmişdir.

Ulu öndərin Ali Sovetin Sədri seçilməsi Azərbaycanda eyni zamanda mütərəqqi parlamentarizm ənənələrinin formalaşmasını təmin etmişdir. Heydər Əliyev parlamentin cəmiyyətdəki nüfuzunun sağlamlaşdırılması tədbirlərinə başlamış, yüksək idarəçilik keyfiyyətləri sayəsində ali qanunverici orqanda xoşagəlməz siyasi çəkişmələrin, qeyri-etik davranışların qarşısını almışdır. Müzakirə və diskussiyaların sivil, demokratik meyarlar çərçivəsində aparılması üçün şəxsi nümunə göstərmiş, parlament idarəçiliyinə yeni ruh və müasirlik gətirmişdir. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verilmişdir.

Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etmişlər və Milli Məclis bu təklifi bəyənmişdir. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 102 dəfə oxunub




Flag Counter






» 31/7/2021- Əmək, məşğulluq, sosial müdafiə sahələrində bu ilin ilk yarımilində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib

» 30/7/2021- Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirildi.

» 29/7/2021- Şəhid ailələri və qazilərə vahid məkandan xidmət göstərəcək qurumlar üzrə Əlaqələndirmə Komissiyasının ilk iclası keçirilib

» 28/7/2021- Vətən müharibəsində yaralanmış qazilərimizdən daha bir qrupu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunub.

» 28/7/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Moldova nümayəndə heyəti ilə görüş olub

» 26/7/2021- Özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub

» 27/7/2021- Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirildi, Protokol imzalandı

» 26/7/2021- Azərbaycanın BMT-dəki nümayəndəsi dəyişdirildi - SƏRƏNCAM

» 26/7/2021- BMT-nin Komissiyası Azərbaycanı fəal yaşlanma sahəsində müsbət təcrübə nümunəsinə malik ölkələr sırasında təqdim edib

» 26/7/2021- İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin SİYAHISI

» 26/7/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/7/2021- Prezident İlham Əliyev əlilliyi olan şəxslərə hümanist yanaşmanı nəzərdə tutan Qanunu təsdiqlədi

» 17/7/2021- Общественный совет при БТА обсудил план действий

» 17/7/2021- Nazir Sahil Babayev Milli Mətbuat Günü ilə əlaqədar Vətən müharibəsi döyüşlərinin iştirakçıları olan jurnalistlərlə görüşüb

» 17/7/2021- Əhalinin sosial müdafiəsi istiqamətində görülən işlər müzakirə olunub

» 16/7/2021- Son 6 ayda 31 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb

» 16/7/2021- Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri bəlli oldu - SİYAHI

» 16/7/2021- Sosial Xidmətlər Agentliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında əməkdaşlıq memorandumu imzalanıb.

» 15/7/2021- “Fərdi elektron pəncərə”

» 14/7/2021- Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib