16 Avqust 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
19/4/2021 “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin başlanmasına həsr olunmuş onlayn tədbir keçirilib.


Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı layihəsinə başlanıb

 

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin başlanmasına həsr olunmuş onlayn tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, BMT-nin İnkişaf Proqramının (BMTİP)-nin rezident nümayəndəsi Alessandro Frakassetti, hökumət və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə moderator, kommunikasiyalar üzrə mütəxəssis Leyla Qurbanova layihə haqqında qısa məlumat verib.

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ölkəmizin Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu bildirib. Avropa İttifaqının müxtəlif sahələrdə Azərbaycanla sıx əməkdaşlıq etdiyini vurğulayan K.Yankauskas deyib: “Bu layihənin həyata keçirilməsi ilə Avropa İttifaqı ölkədə daha çox insana sərmayə yatırmağın, insan kapitalını və rəqəmsal cəmiyyəti inkişaf etdirməyin vacibliyini göstərir”.

Layihə çərçivəsində keçiriləcək tədbirlər planı barədə daşıyan səfir buraya səhiyyə, sosial və digər məsələlərin də daxil olduğunu deyib. O, Avropa İttifaqı ilə Azərbaycan arasında reallaşan belə proqramların yeganə məqsədinin Azərbaycan xalqına xidmət etmək olduğunu deyib.

BMTİP-nin rezident nümayəndəsi Alessandro Frakassetti BMT-nin İnkişaf proqramının Azərbaycan üçün yeni strategiya qəbul etdiyini, bu strategiyanın dayanıqlı və inklüziv prioritetləri əhatə etdiyini bildirib. O, bu strategiyaya rəqəmsallaşma, qadınların səlahiyyətləndirilməsi kimi yeni sahələrin də daxil edildiyini vurğulayıb. Rezident nümayəndə bugünkü layihənin məqsədinin həm də vətəndaş cəmiyyətinin inkişafı olduğunu bildirib. “Bu layihə çərçivəsində qadınların səlahiyyətləndirilməsi ilə bağlı onlara yardım göstəriləcək. Bu layihə hətta kiçik və orta sahibkarlığın inkişafına dəstəyi də nəzərdə tutur. Layihə, həmçinin inkişaf etmiş cəmiyyətlərin daha da yaxşılaşmasına, Azərbaycana və Azərbaycan xalqına xidmət edəcək”, – deyə A.Frakassetti bildirib.

Sonra BMTİP-nin layihə rəhbəri Cəmilə İbrahimova tərəfindən layihənin təqdimatı keçirilib.

Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı (BMTİP) Azərbaycanda dinamik, dayanıqlı və innovasiya əsaslı vətəndaş cəmiyyəti üçün əlverişli mühitin yaradılmasına kömək etmək məqsədilə 2020-ci ilin noyabrında 3,0 milyon avro dəyərində yeni layihə imzalayıb.

Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin həyata keçirdiyi bu üçillik layihə vətəndaş cəmiyyəti təşkilatlarına siyasətlərin hazırlanmasında iştirakını və yerli inkişafın gücləndirilməsi üzrə imkanlarını artırmağa, eləcə də sosial sahibkarlıq və sosial innovasiya sahəsində əlverişli ekosistem və potensial yaratmağa dəstək göstərəcək.

Layihənin benefisiarları vətəndaş cəmiyyəti təşkilatları və sosialyönümlü kiçik və orta sahibkarlıq müəssisələridir.

Layihə məqsədlərini reallaşdırmaq üçün vətəndaş cəmiyyəti təşkilatlarının potensialının inkişafına ənənəvi və spesifik formada dəstək göstərəcək, geniş ictimaiyyətin maarifləndirilməsi aparılacaq, yerli inkişaf tədbirlərində və siyasi dialoqlarda vətəndaş cəmiyyəti təşkilatlarının rolu artırılacaq. Bundan başqa, normativ baza, fəaliyyət planı, maarifləndirmə, imkanların genişləndirilməsi və sosial iqtisadiyyatda əsas maraqlı tərəflər arasında şəbəkələşmənin təmin edilməsi də daxil olmaqla əsas ekosistem elementlərini müəyyənləşdirməklə sosial sahibkarlıq üçün daha əlverişli mühit yaradılacaq. Həmçinin müxtəlif metodlar vasitəsilə vətəndaş cəmiyyəti təşkilatlarına maliyyə dəstəyi genişləndiriləcək.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 798 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 13/8/2022- Sosial Xidmətlər Agentliyi tərəfindən xidmət göstərilən 54 nəfər əlilliyi olan uşağın reabilitasiyası yekunlaşıb

» 13/8/2022- Ağalı kəndində ilk ailə təsərrüfatları yaradılıb

» 12/8/2022- 18 yaşınadək əlilliyi olan şəxslər üçün “Reabilitasiya avtobusu” fəaliyyət göstərir

» 9/8/2022- Azərbaycan və Moldova arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

» 9/8/2022- Sosial Xidmətlər Agentliyinin yeni Mərkəzində hər ay 40 nəfər uşağa reabilitasiya xidmətləri göstəriləcək

» 9/8/2022- QARABAĞ möhtəşəm qələbə!

» 9/8/2022- DOST Agentliyinin yaradılmasından 4 il ötür

» 8/8/2022- Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərini əldə edirlər

» 6/8/2022- Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumu ilə əlaqədar Əlil Təşkilatları İttifaqının müraciəti

» 6/8/2022- “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 6/8/2022- “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 5/8/2022- Ombudsmanın Cənub Regional Mərkəzinin açılış mərasimi olub VİDEO

» 4/8/2022- Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib

» 4/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/8/2022- QHT sədrinə ağır itgi.

» 3/8/2022- Nazir Sahil Babayev: “Əvvəllər müharibə əlili olmuş, lakin sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş edilir”

» 2/8/2022- Həmkarlar İttifaqları Konfederasiyasından həssas qrupların özünüməşğulluğuna növbəti dəstək

» 2/8/2022- Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlandı

» 1/8/2022- Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib

» 1/8/2022- Şəhid uşaqları üçün yay düşərgəsində interaktiv təlimlər də təşkil olunur